Yığmamız dünya ikincisi oldu
Tarix: 11-09-2015 | Saat: 03:38
Bölmə:M / Karusel / İdman / Gənclərimiz | çapa göndər
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatı davam edir.
Xəbəraz.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, artıq çempionatda yunan-Roma güləşi yarışları başa çatıb.
Yunan-Roma güləşçilərimiz Rio Olimpiadasına 6 mümkün lisenziyadan 4-ünü (Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq)) qazanıb və lisenziya sayına görə, Rusiya ilə bərabər ilk sırada qərarlaşıb.
Çempionatı 1 qızıl (Rəsul Çunayev, 71 kq), 1 gümüş (Rövşən Bayramov, 59 kq) və 1 bürünc Saman Təhmasibi, 85 kq) medalla başa vuran yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 39 xal toplayaraq ikinci olub. İlk sıranı 46 xalla Rusiya, üçüncü yeri 35 xalla Ukrayna komandası tutub.
Çempionatda uğurlu çıxış edən yunan-Romaçılarımız artıq vətənə yola düşüb. Bakı vaxtı ilə bu gün saat 21:00-da vətənə qayıdacaq güləşçilərimizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi təşkil olunacaq.
Xəbəri paylaş
9368 dəfə oxunub.
Digər xəbərlər

7-03-2016, 20:59
“Mən anamın ayağını da öpdüm, siz də öpün”
21-10-2017, 11:54
Bakının mərkəzində erməni bayraqlı maşın kimindir?
2-12-2016, 15:55
Maşallah Əhmədova 9 il həbs tələbi
15-11-2015, 23:27
Əsgərlərimiz Vətənə sədaqət andı içdilər - FOTO
25-08-2022, 11:12
Qadın sosial şəbəkədə canlı yayım açdı, sonra hovuzda boğuldu - FOTO
1-11-2015, 21:36
Beyləqanda orta məktəb müəlliməsi qətlə yetirilib
29-12-2015, 18:33
Prezidentdən tapşırıq: Gömrük Gürcüstandan gələn avtomobillərə görə tələb olunan depoziti ləğv edir