Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lragir: Putin Qarabağı Azərbaycana qaytara bilər
Tarix: 07-09-2015 | Saat: 15:43
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Lragir: Putin Qarabağı Azərbaycana qaytara bilər
“Rusiya Azərbaycan ilə münasibətlərdə güzəştlərə hazırdır”.

Rusiya və Qərb mətbuatında Rusiyanın Minsk qrupundan yan keçərək Qarabağ üzrə “gizli planı” həyata keçirmək barədə materiallar peyda olur.

Qeyd edilir ki, bu planı Putin Əliyev ilə Avropa Oyunlarının açılışında Bakıda olarkən müzakirə edib, bu yaxınlarda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya layihənin detallarını müzakirə etmək üçün gəlib. Bir qayda olaraq XİN nazirləri konkret məsələləri müzakirə edirlər.

Xəbəraz.az Oxu.Az-a istinad xəbər verir ki, bu barədə erməni xəbər portalının baş redaktoru Aykazn Qaqriyan “Rusiyanın Qarabağa dair “gizli planı”” adlı məqaləsində yazır.

Qaqriyanın fikrincə, Lavrovun Bakıya səfəri Ermənistanın sərhədyanı zonalarında gərginlik ilə müşayiət olunub, bunun isə Rusiyanın “strateji müttəfiqi” olan Ermənistana özünəməxsus ismarıc olması ehtimal etməyə imkan verir.

“Əgər Moskva istəsəydi, Azərbaycan Ermənistanı atəşə tutmazdı – bu, aydındır. İndi müstəqil siyasət yürütmək istəyən Azərbaycan üçün mübarizə gedir. Ermənistan və Gürcüstan ilə hər şey aydındır, qalır Azərbaycan. Rusiya Azərbaycanı Aİİ-yə cəlb etmək istəyir, bu Ermənistan ilə “ümumi sərhədlər” məsələsini həll etməyə imkan verəcək. Ermənistan Rusiyanın ağrılı yeridir, onun siyasi rəhbərliyi və siyasi qüvvələri sözə qulaqasan olmasına baxmayaraq müəmmalıdır. Belə problematikliyin səbəblərindən biri ümumi sərhədlərin olmaması və maraqların təzadlı olmasıdır”, - müəllif yazır.

Jurnalistin fikrincə, Rusiya bu planın həyata keçirilməsi üçün ermənilərin maraqları hesabına güzəştlərə hazırdır:

“Azərbaycan onsuz da Ermənistandan fərqli olaraq Avrasiya ölkəsidir və Rusiyadan iqtisadi və siyasi preferens alır. Amma Rusiya indi elə bir vəziyyətdədir ki, Azərbaycan daha çox şey tələb edə bilər”.

Azərbaycan uğrunda mübarizə ABŞ və NATO-nun regionda fəallaşması fonunda kəskinləşir. Əsasən də ABŞ Qarabağ üzrə danışıqlarda dominantlıq əldə edib, NATO isə artıq Gürcüstanda mövqelərini gücləndirib. Bu şəraitdə Rusiya Azərbaycana güzəşt etməyə hazırdır, belə ki, onun regionda digər nüfuz vasitəsi qalmayıb.

Beynəlxalq mətbuatda Moskvanın Qarabağda nəzarət altında olan rayonları verməyə hazır olduğuna dair məlumat nahaq yerə yayılmayıb. Qeyd edilir ki, Serj Sarkisyan ilə sentyabrın 7-də Moskvada görüş zamanı Putin belə bir təklif edə bilər”.

Müəllif yazır ki, Azərbaycan Serj Sarkisyanın Moskvaya səfəri ərəfəsində irimiqyaslı təlimlərə başlayıb:

“Çoxları Bakının son günlərdə davranışını rus-Azərbaycan razılaşmasının təminatı üçün Ermənistana təzyiq məqsədi daşıdığını qeyd edir”.



5238 dəfə oxunub.

Digər xəbərlər
23-05-2016, 13:13 Yəməndə terror: 45 ölü
7-09-2017, 11:18 Lütfi Zadə vəfat etdi

bütün xəbərlər
____ Instagram ___