Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Fırıldaqçılığın​ "mədəni" növləri"​
Tarix: 18-08-2023 | Saat: 22:45
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Aktual | çapa göndər

Bu gün dünya ağır iqtisadi böhran içərisində yaşayır. Təbii ki, belə bir hal, dünyada yaşayan insanların maddi durumunu da əsir alır.
Həyatda qalmaq, yaşamaq üçün əqidəsinə görə hər kəs bir yol seçir.
Əlbətdə ki, bu təbii haldır. Təbii olmayan, hətta dəhşətli olanı odur ki, çox çətinliklə yaşamağa çalışan insanların yavan xörəklərini göz dikmək.
Üstəlik dikilən gözün niyyəti kimliyindən asılı olmayaraq son damla qanına qədər sormaqdır.
Yəni HOT MAL kimi dələduz internet şəbəkəsi kimi.
Sosial şəbəkələrdə özününün bir dəstə əlaltıları toplayaraq, insanlara həftəlik qazandıqları xeyli miqdarda pulların reklamını etdirir. Ardından isə "mən qazandım, sizlər də gəlib qazanın" kimi həvəsləndirici ifadələrlə Tora salmağı baxırlar. Necə ki, redaksiyamıza müraciət edən Ləman xanımı aldatdıqları kimi.
Evdar qadın olan Ləman xanım sosial şəbəkədə HOT MAL. Az-ın reklamı ilə qarşılaşıb,Türkiyə təmsilçisi ilə əlaqə saxlayır. Şirkət onu Azərbaycan üzrə menecer Nansi ilə əlaqələndirir. (Təbii ki, ad belə saxtadır) Nansi deyilən xanım Ləman xanıma şərtləri izah edir. Bu minvalla Ləman xanım Nansinin və ya HOT MAL.Az-ın tövsiyyəsi ilə onların yönləndirdiyi hesaba pul yatırıb. Qısa müddətdə qarşılığını alır. Təkrar şirkət Ləmanı oyuna dəvət edir. Təkrar pul yatıran Ləman xanım qarşılığını geri alır. Artıq tam qazanc və iş sahibi olduğunu düşünən Ləman xanım HOT MAL.Az-n hesabına 1700(min yeddi yüz) manat vəsait yatırır. Fəqət vəsaitini geri ala bilmir. Hər dəfə " görevi tamamla" mesajı ilə qarşılaşır. Görəv isə durmadan pul yatırmaq tələbidir. Nəhayət aldadıldığını başa düşən Ləman xanım üçün artıq çox gec olur. Yatırdığı vəsaiti geri tələb etsə də heç bir nəticəya hasil ola bilmir. Redaksiyamıza müraciətinin səbəbi də ondan ibarət oldu ki, kimsə Ləman xanım kimi aldanıb, sosial şəbəkə biznesinə baş qoşmasınlar.
Biz mətbuat olaraq H Öz T MA L ilə əlaqə yaratmağa çalışdıq. Bizə ilk sualları, "bank hesabınız varmı" oldu. Görünən o ki, HOT MAL. Az kimi nə qədər internet dələduzları var ki, bir anlıq boşluğundan yararlanıb, insanların əllərindəki son qəpiyi oğurlasınlar. Bu səbəblə sizlər də Ləman xanım kimi aldanıb, peşiman olmaq istəmirsinizsə suyu üfürüb için. Sonra demedi deməyin.
Tərifə Naqsudova


Xəbəri paylaş

3038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___