Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir ağladı- “Hamımız insanıq...”
Tarix: 04-09-2015 | Saat: 15:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Nazir ağladı- “Hamımız insanıq...”

İsveç Xarici işlər naziri Margot Wallström 3 yaşlı Kobani qaçqını Aylan Kürdi haqda danışarkən göz yaşı töküb.


Wallström İsveç dövlət televiziyasında yayımlanan xəbər proqramı “Aktüel”in qonağı olub.

Aylanın cansız bədəninin fotosu haqda danışarkən ağlamağa başlayan nazir körpənin ölümü ilə bağlı dərin sarsıntı keçirdiyini bildirib:

“Bu şəkilə baxanda təsirlənməmək və kədərlənməmək mümkün deyil. Almaniya və İsveç ən çox Suriyadan gələnlərə sığınacaq verən ölkələr arasındadır. Digər Avropa ölkələrini də sığınacaq olaraq qapılarını açmasını istəyirəm. Hamımız insanıq, onları bağrımıza basmağa hazırıq”.

Qeyd edək ki, 3 yaşlı Aylan ailəsi ilə birlikdə (daha 12 nəfər) Suriyadan İŞİD təhlükəsinə görə qaçaraq Türkiyəyə gəlib. Türkiyədən Avropaya getmək isə onlara nəsib olmayıb. Belə ki, qayıq çevrilib və məlum faciə baş verib. “Qafqazinfo”


Xəbəri paylaş

7558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___