Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ukraynada vəziyyət pis tərəfə dəyişir
Tarix: 03-09-2015 | Saat: 01:42
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Ukraynada vəziyyət pis tərəfə dəyişir

Ukraynanın iqtidar koalisiyasının beş iştirakçıdan biri olan Radikal Partiyasının koalisiyadan çıxması prezident Pyotr Poroşenkonu gözləyən sonuncu xoşagəlməz sürpriz olmaya bilər.



Rusiyanın “Kommersant” nəşri xəbər verir ki, daha iki siyasi qüvvə Radikal Partiyasının hərəkətini təkrarlaya bilər.



Radikal Partiyasının lideri Oleq Lyaşko müxalifətə keçməsini prezident Pyotr Poroşenkonun komandasının “Müxalifət bloku” və keçmiş prezident Viktor Yanukoviçin silahdaşları olan “oliqarxiya qruplarının nümayəndələri” ilə sövdələşməyə daxil olması ilə izah edib.



Oleq Lyaşkonun demarşı Konstitusiyaya düzəlişlərin Ali Radada birinci oxunuşdan keçməsi və Ali Radanın qarşısındakı qanlı toqquşmalar fonunda baş verdi. Düzəlişlərin bir hissəsi də demərkəzləşdirmə ilə bağlı idi. Radikal Partiyadan başqa “Batkivşina” və “Qarşılıqlı yardım” partiyaları da bu hissəyə qarşı çıxıb. Sənədin qəbulu “Müxalifət bloku”ndan olan deputatların Poroşenkoya dəstəyi sayəsində mümkün olub.



Məhz bu fakta diqqəti yönəldən Oleq Lyaşko Poroşenkonu “Müxalifət bloku” və “oliqarxiya qruplarının nümayəndələri” ilə birləşmədə ittiham edib. Lakin Kiyevdə hökumətə yaxın məlumatlı mənbə əmindir ki, Oleq Lyaşko və onun silahdaşları oliqarxların siyasi sifarişini yerinə yetirirlər. “Kommersant” nəşrinin həmsöhbətinin sözlərinə görə, Ali Radadakı radikal fraksiyasının demək olar ki, bütün üzvləri Dneprepetrovsk vilayətinin keçmiş qubernatoru, oliqarx İqor Kolomoyski və Viktor Yanukoviç dövründə Prezident Administrasiyasının başçısı Sergey Levoçkinlə bağlıdır. “Oliqarxların Poroşenkoya sui-qəsdi göz qabağındadır. Kolomoyski və Levoçkinin hədəfi prezidentin mövqelərinin maksimum zəiflədilməsidir. Başlanğıc üçün hədəf Poroşenkonun parlament əksəriyyətindən məhrum edilməsi, Ali Radanın buraxılması və növbədənkənar seçkilərdir”, – hökumətdəki mənbə deyib.



Radikal Partiyasının müxalifətə keçidi koalisiyanın iflası anlamına gəlmir. Koalisiyaya əvvəlcə 302 deputat daxil idi, radikallarda isə yalnız 21 mandat var. Bu halda koalisiyada 281 deputat qalır. Əksəriyyət üçün isə 226 mandat kifayət edir. Amma gözlənilən ssenari reallaşsa, yəni “Batkivşina” və “Qarşılıqlı yardım” partiyaları koalisiyanı tərk etsələr, koalisiyada “Pyotr Poroşenkonun Bloku” və “Xalq cəbhəsi”nin 231 deputatı qalacaq və koalisiya Ali Radadakı əksəriyyətini itirəcək.



Ukrayna prezidentinin tərəfdarları isə optimistdirlər. “Pyotr Poroşenkonun Bloku” fraksiyasının başçısının birinci müavini İqor Kononenko əmindir ki, radikalların koalisiyadan gedişi onun effektivliyinə təsir etməyəcək. publika.az


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___