Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nadir telefonda "Rövşənə səni və ailə üzvlərini, azyaşlı qızlarını ağzın...
Tarix: 02-09-2015 | Saat: 00:26
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

Nadir telefonda "Rövşənə səni və ailə üzvlərini, azyaşlı qızlarını ağzın...

Nadir İbrahimovun ölümü ilə bağlı cinayət işi Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Xəbəraz.az xəbər verir ki, bunu polis mayoru Nadir İbrahimovu öldürən Rövşən Həsənovun vəkili deyib.

Vəkil Elxan Süleymanlı Təzadlar.az-a bildirib ki, müvəkkilinin kriminal aləmlə təmaslarının olması cəfəng iddiadır:

“Hadisə baş verəndən az əvvəl Nadir telefonda "Rövşənə səni və ailə üzvlərini, azyaşlı qızlarını ağzından güllələyəcəm”, - deyərək ağır formada söyüb.

Qeyd edək ki, hadisə avqustun 28-də olub. Onlar mübahisəni həll etmək üçün paytaxtın Nizami rayonu ərazisində görüşüblər. Görüş zamanı Rövşən üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan ona 8 atəş açaraq xəsarət yetirib.

Nadiri güllələyən şəxs hadisə yerindən özünə məxsus “Leksus” markalı 10 VM 006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Şevrolet” markalı avtomobillə toqquşub.

Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alan R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. R.Həsənov sonradan könüllü təslim olub. Qətlin qız üstündə olduğu deyilir.


Xəbəri paylaş

8388 dəfə oxunub.

Digər xəbərlər
4-10-2015, 11:18 Cəbhədə son vəziyyət

bütün xəbərlər
____ Instagram ___