Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli şərtlərini açıqladı
Tarix: 26-03-2015 | Saat: 12:03
Bölmə:M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli şərtlərini açıqladı
“Bundan sonra regionda sülh və təhlükəsizliyi təmin edə bilərik”.

Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir.

Xeberaz.az -ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib.

Onun sözlərinə əsasən, hərbi faktor, işğal və aqressiya amilləri danışıqlar prosesindən çıxarılmalıdır:

“Bundan sonra bu prosesdə sıçrayışa nail ola və regionda sülh və təhlükəsizliyi təmin edə bilərik”.

XİN sözçüsü qeyd edib ki, Azərbaycan xalqı münaqişənin indiyədək həll edilməməsi faktorundan çox məyusdur. Onun sözlərinə əsasən, Azərbaycanda qaçqınlar və daxildə bir yerdən başqa yerə keçən şəxslərin bir arzusu var – öz torpaqlarına, vətənlərinə qayıtmaq.

H.Hacıyev xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1995-ci ildə ATƏT-in Minsk qrupu formalaşdırılıb. Lakin indiyədək danışıqlar prosesində heç bir nəticə əldə edilməyib. Nəticə isə yalnız işğalın və Azərbaycana qarşı aqressiyanın dayandırılması və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qarantiyası, eləcə də, azərbaycanlı qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtmasının təmin edilməsi ola bilər.


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___