Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev vyetnamlı həmkarını təbrik etdi
Tarix: 01-09-2015 | Saat: 20:13
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev vyetnamlı həmkarını təbrik etdi
“Sülh və tərəqqi arzulayıram”.

Azərbaycan prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqa təbrik məktubu ünvanlayıb.

Xəbəraz.az -ın məlumatına görə, təbrikdə deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bu gün də müvəffəqiyyətlə davam etməsi məmnunluq doğurur. İnanıram ki, qarşılıqlı səylərimiz, mütəmadi siyasi təmaslarımız əlaqələrimizin daim genişlənməsinə və ikitərəfli münasibətlərimizin inkişafına bundan sonra da mühüm töhfə verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim sülh və tərəqqi arzulayıram”.


Xəbəri paylaş

6458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___