Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Valideyinlərinizin qədrin bilin, onlarla xoş danışın (VİDEO)
Tarix: 01-09-2015 | Saat: 15:45
Bölmə:M / Karusel / Gündəm / İbadət | çapa göndər

Valideyinlərinizin qədrin bilin, onlarla  xoş danışın (VİDEO)
Elə əməllər vardır ki,insan öz fitrəti ilə onların yaxşı və ya pis olduğuna qərar verə bilir.Belə əməllərdən biri də Allahın mərhəmətini,hikmətini və ədalətini özündə əks etdirən böyüklərə hörmət mövzusudur.Əslində bu hər bir insanın daxilindən gələn və bəşəriyyət yaranan gündən cəmiyyət arasında mövcud olan yüksək əxlaqi dəyər nümunəsidir.Adəm övladı öz fitrəti ilə bu prinsipə riayətin zəruriliyini dərk edir.Onun vasitəsi ilə yer üzündə fitnə fəsadın qarşısı alınır.
İnsanın hələ körpə vaxtlarından qayğısını çəkən valideynləri onun ilk böyükləri sayılır.Daha sonra o,ətrafında olan yaşca ondan böyük adamlara böyük gözü ilə baxmağa başlayır.Artıq həddi-buluğa çatdıqda insanın bu adamlardan bəzilərinə,hətta onlar dünyadan köçsələr belə hörməti daha da artır.O,fəxrlə gəzdiyi vətənindəki bütün naz-nemətlər haqqında dərindən fikirləşdikdə başa düşür ki,buna səbəb onun böyükləri olmuşdur.Məhz bu hiss onda Allaha şükür etmə,Ondan Rəbb olaraq razı qalma, böyüyə,ağsaqqala hörmət etmə, kiçiklərə mərhəmət göstərmə, milli dəyərləri,təbii sərvətləri qoruma,torpağını düşmənin hər cür fitnə fəsadından və xəyanətindən müdafiə etmə və sairə saydıqca qurtarmayan tərifəlayiq keyfiyyətlər oyadır. Uca Allah buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə,onlara: “Uf!” belə demə,üstlərinə qışqırıb acı söz söyləmə.Onlarla xoş danış!” (əl-İsra, 23).
Alimlər demişlər ki,“uf” sözünün işlədilməsi valideynlərə ən yüngül şəkildə belə əziyyət verməyin qadağan olduğunu bildirir.(Sədinin təfsiri)
Cərir (r.a.) rəvayət edir ki,Peyğəmbər (s.a.v.) buyurdu: “Kim insanlara rəhm etməzsə,qüdrətli və əzəmətli Allah da ona rəhm etməz.”
Məhəmməd peyğəmbər (s.a.v.) döyüşə getmək istəyən cavandan anasının sağ olmasını soruşur. O valideyninin sağ olduğunu bildirir.Bunu eşidən Peyğəmbərimiz (s.a.v.) buyurur: “Get anana qulluq et.Cənnət onun ayaqları altındadır”. (Hakim)
Uca Allah buyurur: O,bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən,görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? (Məryəm, 42)
Ayədə İbrahim peyğəmbər (s.a.v.) bütlərə tapınan valideyninin könlünü alaraq ona “atacan!” deyə müraciət etmişdir.
İslam dini böyüklərə hörmətsizlik göstərən müsəlmanı yüngül bir qınaqla deyil,sərt cəzalarla xəbərdarlıq etmişdir. “Peyğəmbərin əxlaqı” adlı kitabında böyüklərə hörmət haqqında beş fəsil ayırmış hədis alimi əl-Buxarinin qeyd edilən kitabından bəzi rəvayətləri nəzərinizə çatdırırıq.Məhəmməd peyğəmbər (s.a.v.) öz hədislərindən birində buyurmuşdur: “Kiçiyimizə rəhm etməyən,böyüyümüzün isə haqqını tanımayan bizdən deyil!” Digər rəvayətdə: “Kiçiyimizə mərhəmət göstərməyən,böyüyümüzə hörmət etməyən bizdən deyil!”
Alimlər hədislərdə vurğulanan “bizdən deyildir” ifadəsini haram əmələ və ya böyük günaha yol vermişdir kimi açıqlamışlar.
Məhəmməd Peyğəmbərin (s.a.v.) yanına bir necə səhabə gəlmişdi.Onların ən kiçiyi sözə başladıqda Peyğəmbər (s.a.v.) buyurmuşdu: “(Özündən) böyüklərə hörmət et.”
Əbu Musa əl-Əşari adlı səhabə demişdir: “Ağsaqqallara hörmət etmək Allahı uca tutmaq deməkdir.”
Hukeym ibn Qeys vəfat edən səhabə atasının aşağıdakı sözlərini çatdırmışdır: “Allahdan qorxun və böyüklərinizi uca tutun!Çünki bir camaat öz böyüklərini uca tutduqca,(bu böyüklər) onların atalarını əvəz edər.Kiçiklərini uca tutduqda isə,bu hərəkət onları həmyaşıdları arasında rəzil edər.”
Başqa bir hədisdə Məhəmməd peyğəmbər (s.a.v.) buyurur: “Bir gün Cəbrayıl (ə.) gəlib dedi: Ey Məhəmməd!Üç dəfə amin de!Mən üç dəfə amin dedikdən sonra ondan nə üçün belə etdiyini soruşdum. O dedi: Ata anası və ya onlardan biri dünyadan köçənə qədər (xidmətlərində dayanıb) Cənnəti qazana bilməyən kəsin vay halına!” (Ət-Tirmizi və Hakim)
Digər bir hədisdə Peyğəmbərimiz (s.a.v.) buyurur: “Valideyn razı qalarsa, Allah da razı qalar.Valideyn qəzəblənərsə,Allah da qəzəblənər”. (Ət-Tirmizi)
Dinimiz yaşlı nəslin qayğısına qalaraq bir sıra ibadətləri onlar üçün yüngülləşdirmişdir.
Uca Allah buyurur: “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun.” (Təğabun, 16)
Uca Allah Ondan qorxmağı əmr edir.Bu qorxu Onun əmrlərinə itaət və qadağalarından çəkinməkdən ibarətdir.Lakin O bunun güc və qüvvətə bağlı olduğunu qeyd edir.Ayə,Allahın hər hansı vacibi yerinə yetirməyə gücü çatmayan şəxsi bu məsuliyyətdən azad etməsinə dəlildir. (Sədinin təfsiri) Müsəlman qardaşım!Böyüklərə hörmət adlı bu məqalənin yazılmasına səbəblərdən biri də Məhəmməd peyğəmbərin (s.a.v.) yolunu azmış bir dəstə gənc haqqında söylədiyi hədisləridir.O belə təhlükəli gənclərin hər yüz illikdə mövcud olacağını və ümmətə dəhşətli zərərlər vuracağını bildirmişdir.Onların ən birincisi hələ peyğəmbərimizin dövründə peyda olmuşdu.O,Məhəmməd peyğəmbəri (s.a.v.) ümmətə ədalətsiz böyüklük etməkdə günahlandırmışdı.Allahın Elçisi bu hadisədən sonra xəvariclər adlandırdığı bu azğın gənclər haqqında ətraflı məlumat verərək onları ümmətə tanıtdırmışdır.


Allaha dua edek ki onlari gorusun vefat edenlerin gebrini nurla doldursun bizi de onlara layigince hormet eden muselmanlardan etsin valideyinlerimize sagliginda giymet verek yoxsa her sey cox gec olar valideyinlerimizle fexr edek.


Xəbəri paylaş

1 3388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___