Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həkimlər Habil Əliyevin evinə köçdü - SON QƏRAR
Tarix: 31-08-2015 | Saat: 19:22
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Həkimlər Habil Əliyevin evinə köçdü - SON QƏRAR

Xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhəti normal olsa da, hələ də həkim nəzarətindədir.

Xəbəraz.az xəbər verir ki, Bu barədə Publika.az-a sənətkarın həyat yoldaşı Şərqiyyə xanım məlumat verib: "Habil artıq kritik durumdan çıxıb, amma həkimlər gecə-gündüz başının üstündə dayanır. Qərar verilib, Mərkəzi Kliniki Xəstəxanadakı həkimi və iki tibb bacısı evimizdə gecə-gündüz Habilin başının üstündə dayanıb ona nəzarət edir. Onlar üçün bir otaq ayırmışıq, bizdə qalırlar”.

Şərqiyyə xanım Habil Əliyevin hələ ayağa qalxmadığını, yataq rejimində yeyib-içdiyini bildirib: “Elə uzanıqlı sistem altındadır. Yeməyini də az-az yataqda veririk. Bəzən halı yaxşı olur, bizimlə zarafatlaşır, bəzən də əhvalı pisləşir. Təvəkkül Allaha, görək necə olacaq”.

Onu da öyrəndik ki, xalq artistini ziyarət etmək istəyənlər olsa da, həkimlər buna icazə vermir. Sənətkarı narahat etməkdən ehtiyatlanırlar.

Şərqiyyə xanım Habil Əliyevə göstərdiyi sonsuz qayğı və diqqətə görə prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.


Xəbəri paylaş

6028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___