Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyalılar ABŞ-ı mənəvi düşkünlüyə uğramış ölkə hesab edirlər
Tarix: 31-08-2015 | Saat: 16:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Rusiyalılar ABŞ-ı mənəvi düşkünlüyə uğramış ölkə hesab edirlər
ABŞ-da düşmənçilik səviyyəsi kəskin artıb.

ÜİFTM (Ümumrusiya İctimai Fikrin Tədqiqi Mərkəzi) tərəfindən aparılan sorğuda iştirak edən rusiyalıların əksəriyyəti Amerika hakimiyyətinə neqativ yanaşırlar.

Xəbəraz.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu 25-26 iyul tarixlərində aparılan sorğunun nəticələri sübut edir.

Sorğu iştirakçıları arasında ABŞ-a dost kimi yanaşanlar cəmi 3% olub.

Ümumilikdə sosioloqlar qeyd edirlər ki, ABŞ-da düşmənçilik səviyyəsi 90-cı illər ilə müqayisədə kəskin artıb. O zaman Vaşinqtona qarşı neqativ münasibəti yalnız 2 faiz rusiyalı nümayiş etdirmişdi.

Sorğuda iştirak edənlərin 15%-i Amerikanı cinayətkarlığın yüksək səviyyədə olduğu, mənəvi düşkünlüyə uğramış ölkə kimi xarakterizə etdilər. Elə həmin sayda iştirakçı amerikalılar arasında “səmimiyyətin” olmadığını hesab edir. 9% isə ölkədə irqi diskriminasiyanın mövcud olduğundan əmindir.

Rusiyalıların 12%-i ABŞ-ı yüksək həyat səviyyəsi olan ölkə hesab edir, 11%-i isə zənginlər və kasıblar arasında fərqi göstəriblər. Sorğuda iştirak edənlərin 7%-i ABŞ-da elmin və texnikanın inkişafını, 5%-isə ABŞ-da azad cəmiyyətin olduğunu qeyd ediblər.

Sorğuda ümumilikdə Rusiyanın 46 regionundan 130 yaşayış məntəqəsindən 1600 nəfər iştirak edib. Statistik təhrif 3,5%-dən çox deyil.


Xəbəri paylaş

4998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___