Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bələdiyyə sədrinin saxta əməlləri cəzasızmı qalacaq ? - VİDEO
Tarix: 17-01-2023 | Saat: 11:55
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Reportaj / Aktual / Araşdırma | çapa göndər

Bir neçə gün əvvəl  informasiya portalında Qazax rayon Ağköynək və Qarapapaq kəndlərinin bələdiyyə sədri Mansurova Nəzakət Bilal qızının korrupsioner fəaliyyəti barəsində məlumat yayımlamışdıq. Həmçinin, Ağköynək kənd sakini Murad Mustafayev "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında, "Kamalın zamanı" proqramında canlı yayıma bağlanaraq, bələdiyyə sədri Nəzakət Mansurovanın ona 4.000 (dörd min) manat qarşılığında torpaq satmaq təklifi barəsində məlumat vermişdi.

Bələdiyyə sədri dövlət mülkiyyəti ilə özünə sərvət toplayır ? - VİDEO

Həm də bələdiyyə sədri olan ingilis dili müəllimi məktəbə saxta bülleten təqdim edir? - İDDİA

Xatırlatmaq üçün bildiririk ki, Murad Mustafayev Nəzakət Mansurovanın ona satdığı torpağın sonradan başqasına satıldığı, bələdiyyə sədrinin ona başqa yerlərdən torpaq təklifi etdiyi, həmçinin onların da baş tutmadığını da demişdi.
Həmçinin Murad Mustafayev Nəzakət Mansurovanın onun başına gətirdiyi bu hallara görə külli miqdarda maddi ziyana uğradığını və dəymiş ziyanın Nəzakət Mansurovanın ona geri ödəməsini tələb etdiyini bildirmişdir.



Murad Mustafayev 16.01.2023-cü il tarixində yenidən "Kanal14"ün efirində "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, hələ də Nəzakət Mansurova barəsində heç bir hüquqi tədbir görülmədiyindən gileyləndi.

Qeyd edək ki, Ağköynək kənd bələdiyyəsinin sədri Nəzakət Mansurova barəsində "DogruXeber.az" MMC olaraq, Qazax rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Daxili İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinə rəsmi müraciətlər ünvanlamışıq.

Güman edirik ki, adlarını qeyd etdiyimiz aidiyyatı qurumlar tezliklə bələdiyyə sədri Nəzakət Mansurovanın saxta əməlləri - bələdiyyə torpaqlarını özünün təyin etdiyi qiymətlə vətəndaşlara satması və digər fəaliyyətləri barəsində araşdırma aparılacaq və hüquqi tədbirlər görüləcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



Xəbəri paylaş

1768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___