Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sünni alimlər “Məhəmməd“ filminə etiraz edir
Tarix: 29-08-2015 | Saat: 17:50
Bölmə:M / Karusel / Dünya / İbadət | çapa göndər

Sünni alimlər “Məhəmməd“ filminə etiraz edir

Sünni alimlər İranın Məhəmməd peyğəmbər haqqında çəkdiyi filmi qadağan etməyə çağırır

Xəbəraz.az -ın məlumatına görə ,Misirin əl-Əzhər İslam Universitetinin alimləri bildirirlər ki, onlar rejissorun "Məhəmməd" filmində peyğəmbərin görüntülənməməməsi üçün istifadə etdiyi mürəkkəb üsullardan razı qalmayıblar.

"Oskar" mükafatı nominantı rejissor Məcid Məcidi İslam ciddiyətini yumşaldıb. Rejissor ekranda aktyorun sifətini göstərməkdən yan keçib. Onu arxadan və ya kölgə vasitəsilə çəkməklə göstərməyə üstünlük verib.

"Bu məsələ barədə artıq çoxdan qərar verilib. Şəriət peyğəmbərin təcəssümünü qadağan edir. Bu, İslamda yolverilməzdir. Aktyorun ziddiyyətli və konfliktli rolları var. Hərdən onu kor sərxoş kimi, hərdən arvadbaz kimi görmüşük... İndi də o, peyğəmbəri canlandırır" - deyə əl-Əzhər Universitetindən professor Fəttah Əlavari deyir.

Filmin saundtrekində oxuyan Sami Yusuf "Reuters"ə deyib ki, bəzi sünnilərin müxalifliyi siyasi xarakter daşıyır: "Mən əminəm ki, əl-Əzhərdə və başqa yerlərdə filmi tənqid edənlər onu görməyiblər. Onlar filmi yalnız ona görə tənqid edirlər ki, bu, İran mədəniyyətinin ixracıdır".

Avqustun 27-də İranda Məhəmməd peyğəmbərin uşaqlığından bəhs edən filmin premyerası olub.

M.Məcidinin 171 dəqiqəlik bu filmi 40 milyon dollara başa gəlib və İranın indiyədək çəkdiyi ən bahalı film sayılır. Maliyyəni qismən dövlət ayırıb. Film 7 ilə çəkilib.

M.Məcidi bildirib ki, məqsəd İslamın son illər zorakı ekstremistlər tərəfindən korlanmış imicini özünə qaytarmaqdır.

Trilogiya olacaq filmin hələlik birinci hissəsi çəkilib, qalan iki hissənin nə vaxt hazır olacağı bəlli deyil.

Bu, Məhəmməd peyğəmbərdən bəhs edən ikinci böyük filmdir. "Allahın elçisi Məhəmməd" adlı birinci film 1976-cı ildə Suriya mənşəli amerikalı rejissor Mustafa Akkad tərəfindən çəkilib.


Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___