Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında 500-dək vakant iş yeri təqdim olunub
Tarix: 29-08-2015 | Saat: 15:44
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında 500-dək vakant iş yeri təqdim olunub

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən növbəti əmək yarmarkasına 55 təşkilatdan 492 vakant iş yeri çıxarılıb. Həmin iş yerlərini təqdim edən müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilən əmək yarmarkasında 58 nəfərə işə göndəriş verilib, 2 nəfər peşə hazırlığı kursuna göndərilib.

Xəbəraz.az AZƏRTAC-a istinad xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov şəhərdə fəaliyyət göstərən dövlət təşkilatları və özəl müəssisələrdəki vakant iş yerlərinin qeydiyyatının aparıldığını və buna əsasən yarmarkaya boş iş yerlərinin çıxarıldığını bildirib. O qeyd edib ki, muxtar respublikada, eləcə də Naxçıvan şəhərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər əhalinin sosial durumunun yaxşılaşmasında mühüm rol oynayır.

İşaxtaran vətəndaş Turac Hacızadə bildirib ki, yeni iş yerlərinin yaradılması və əmək yarmarkaları vasitəsilə işaxtaranlara təqdim olunması əhali tərəfindən rəğbətlə qarşılanır. Bu yarmarkalarının təşkilində əməyi olanlara minnətdarlığını bildirən T.Hacızadə deyib ki, hər kəs burada öz ixtisasına və bacarığına uyğun iş yeri axtara və göndəriş ala bilər.

Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, yarmarkaya müraciət edənlərdə aktivlik yüksək səviyyədədir. İşaxtaran vətəndaşlar boş iş yerləri, həmin müəssisədə iş şəraiti, əməkhaqqı ilə maraqlanır, uyğun bir iş tapdıqda qeydiyyatdan keçib göndəriş alırlar.

Öz ixtisasına uyğun işə göndəriş alan Hafiz Bayramov deyib ki, yarmarkada iş yerinə göndəriş almasına çox sevinir. O, yeni kollektivdə qabiliyyətinə uyğun karyera qurmaq imkanı qazanacağına əmin olduğunu bildirib.

Yarmarkada əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaq, habelə mövsümü xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılıb.


Xəbəri paylaş

7208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___