Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Füzuli Təhsil Şöbəsinin müdiri dəbdəbəli AD GÜNÜ ... - Şaumyanı gordan-gora təzsin, zırbazır olsun Ramella xanım...
Tarix: 02-12-2022 | Saat: 13:47
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Foto-fakt / Xəbəraz TV | çapa göndər




Rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova hər şeyini təzələyib, bircə diplomunu dəyişə bilmir... 

ÖRÜŞ  təkcə otlamaq yeri  deyil, həm də korrupsiya  məkanıdır...

Allah Şaumyanın qohumlarına lənət eləsin, Ramella xanım... 



Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın qara əməlləri  barədə ölkə mətbuatında kifayət qədər  araşdırma  yazıları dərc olunub. Azərbaycan  təhsil sistemindəki  problemlər barədə təkcə ölkə mətbuatı deyil e, Milli Məclisin tribunasından elə sərt fikirlər səsləndirilir ki... 
Sözün qısası, Füzuli Təhsil şöbəsində  baş verənlər, məktəbin ərazisinin mal-qara üçün örüş yerinə çevrilməsi, müəllimlərin məzuniyyət pulundan 100 manat tutulması, məktəb direktorlarından hər ay  5 min manat pul tələb edilməsi  və s. barədə mediada kifayət qədər yazılıb. 
Təsəvvür edirsiniz, məktəb direktorundan hər ay 5 min manat... Yazıq məktəb direktoru məcburdur ki, hər müəllimdən 30-40 manat tutsun ki, bu pulu ödəyə bilsin... Müəllim yazıq nə maaş alır ki, hər ay 30-40 manat direktora pul versin... 
Problem təkcə örüş yeri ilə bitmir ee. Yəni məktəbin həyətini  mal-qara üçün örüş yerinə çevirməklə məsələ bitsəydi dərd  yarı idi... Ramella Məmmədova öz yaxın çevrəsinə deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına  bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam. ( Ramellanın 200 min verən qohumu kimdir ? Bu barədə növbəti yazılarda...) 
Onu da qeyd edək ki, Ramella Məmmədovanın tabeçiliyində  79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi var. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfərdir. İndi özünüz hər ay müəllimlərdən yığılan pulun  miqdarını təxmini hesablayın. Hər müəllimin maaşından  10-15 manat tutulsa, bu  30 min manatdan çox pul edir. Bu hələ harasıdır..? 
Təsəvvür edirsiniz, 80 məktəbə ayrılan idman  və digər avadanlıqlar  satılaraq pulu Ramella Məmmədova tərəfindən mənimsənilib. Ramella Məmmədovanın korrupsiya mexanizmi bununla bitmir. Dövlət tərəfindən rayon Təhsil Şöbəsinə ayrılan vəsaiti mənimsəmək üçün Ramella Məmmədova saxta tenderlər keçirir və külli miqdarda “otkat”lar alır. Həm də nəzərə almalıyıq ki, Ramella Məmmədovanın rəhbərlik etdiyi kollektivin üzvləri tərəfindən dövlət qurumlarına, Təhsil Nazirliyinə ünvanlanan şikayətlərin arası dayanmır. 
Yeri gəlmişkən, Füzuli rayon Təhsil Şöbəsindəki 400 minlik mənimsəməyə görə, əvvəlki müdirə vəzifəsindən uzaqlaşdırılmışdı. Və Füzuli camaatı ümid edirdi ki, Ramella Məmmədova rayonun təhsil sahəsində müsbət dəyişiklik edəcək. Amma tam əksi oldu. Bütün bunlar azmış kimi, rayonun məktəb direktorları, müəllimləri arasında saxta diplomla çalışanlar da var. Məsələn, saxta diplomla məktəbdə müəllimə işləyən Pərvanə Quliyeva həm də məktəb direktorunun müavinidir və  qeyri-qanuni olaraq  vəzifə maaşı ilə bərabər  dərs yükünə görə də maaş alıb. Bütün bu qanunsuzluqların arxasında dayanan Füzulu RTŞ-nin müdiri Ramella Məmmədovadır. Rayondakı məktəb direktoru, müavinlərin çoxu qohum-əqrəba, baldız, qayın, kirvədir. Məsələn, Təhsil Nazirliyindən attestasiyadan keçməyən İlahə Qəmbərova direktordur. Çünki icra başçısı Alı Alıyevin baldızı qızıdır. Bakı şəhərində yerləşən 2 N-li məktəbin direktoru Alı Alıyevin əmisi oğlunun həyat yoldaşı Svetlana Məmmədovadır. Qayıdış 2 N-li məktəbin direktoru Rəna müəllimə başçının dayısı qızıdır. Qayıdış 5-Nli məktəbin direktoru Alı Alıyevlə kirvədir. Zobucuq 27 saylı məktəbin direktoru isə  Gəncə müəllimlər insitutunu saxta diplomla bitirmiş Elşaddır. Onu kiminsə xahişi ilə məktəbə direktor təyin ediblər. Bu siyahını kifayət  qədər uzatmaq olar. Amma nə ehtiyac var..? Ramella Məmmədova yüksək vəzifəli şəxslərin adını  tez-tez çəkdiyi üçün məktəb direktorları və müəllimlər ondan qorxurlar. 
Redaksiyamıza daxil olan məlumata görə, Ramella Məmmədova  bütün sənədlərinə əl gəzdirərək, bütün düzəlişləri edib. Saxtalaşdırma tək bununla bitmir. Ramella Məmmədova Dövlət İmtahan Mərkəzini-zadı saya salmır, kimi istəyirsə müsabiqədən keçmədən vəzifəyə təyin edir. Bu hələ harasıdır..?? 
Deməli, Ramella Məmmədovanın doğum günü, ad günü də  saxta imiş. Belə ki, sənədlərdə  15 noyabr ad günü olan Ramella  Məmmədova  şəhidlərin anım günü olan ərəfədə özünə  təmtəraqlı ad günü keçirib. Bəli, 20 noyabr tarixində Bakının məşhur restoranlarının birində Ramella Məmmədovanın ad günü qeyd edilib. Bu adam başa düşmür ki, həmin günlər şəhidlərinmizin anım günüdür, insanların kədər içərisində olduğu gündür. 
Sözün qısası, Ramella Məmmədova hər şeyini saxtalaşdıraraq ad gününü dəyişir, amma... Amma atasının adı ilə, diplomunu dəyişə bilmir... 
P.S. Deyirəm Ramella xanım Şaumyanı gordan-gora təzsin, onu zırbazır olsun. Ramella xanıma deyirik ki,  Şaumyanın nəslindən olanların bütün nəslində olanlarına lənət olsun. Bəs, siz necə, Ramella xanım Şaumyanın goruna söyürsünüzmü?. Siz söyməsənizdə biz hər gün söyürük. 

mənbə https://gundelik-baku.com/



Xəbəri paylaş

2748 dəfə oxunub.

Digər xəbərlər
12-04-2015, 18:11 Azərbaycana qar yağıb

bütün xəbərlər
____ Instagram ___