Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Səhər işə getdim, axşam qayıdanda gördüm ev yoxdur"... - Vətəndaşın başına oyun açdılar // VİDEO
Tarix: 17-11-2022 | Saat: 13:59
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Reportaj / Araşdırma | çapa göndər



DogruXeber.az- "Sovetski" deyilən ərazi artıq, bir neçə ildir ki, oranı bilənlərin xatirəsi, oradan "könüllü" adı altında məcburi köçürülənlərin əsəb, stress səbəbi olub.

Əvvəllər də dəfələrlə verdiyimiz məlumatlardan hər kəsə bəllidir ki, orada yaşayan və sonradan köçürülən sakinlərin müəyyən hissəsi hələ də kompensasiyasını ala bilmir. Hətta, onlar bununla bağlı bir neçə dəfə aksiyalar da keçirdilər. Lakin, hər dəfəsində də Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qarşılarına çıxıb, pul əvəzinə vəd verib, yola salırdı.

Əlqərəz...

Sonradan həmin sakinləri necə razı saldılar, yaxud ümumiyyətlə razı saldılarmı? Yoxsa, sakinlər özləri bezib susdular, deyə bilmərik. Amma, görünən o ki, 12.11.2022-ci il tarixində "DogruXeber.az"a müraciət edən və "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" verlişinin dəfəki müsahibi olan Həsənov Samiq Nudrət oğlu Elşad Həsənovun vədlərindən nəsibini almayan vətəndaşdır.

Samiq Həsənovun danışdıqlarını bir də bura köçürüb, sizi yormaq fikrimiz yoxdur. Amma, elə bizim özümüzün də marağımıza və aqressiyamıza səbəb olan bir ifadəsini təkrar edib, diqqətinizi xüsusilə bu məqama çəkməkdə zərurət duyduq.

Baxın !

Adam deyir ki, "Səhər evdən çıxdım, işə getdim, axşam evə qayıdanda ev artıq, yox idi. Soyuducum, televizorum, velosipedim və digər bütün məişət əşyalarım söküntünün altında qalıb, məhv olmuşdu. 1 dənə çöp belə çıxarmadım".

Belə çıxır ki, 30 il bundan əvvəl torpaqlarımızı işğal edərkən, düşmən bizə qarşı necə davranmışdısa, "Sovetski" sakinlərinin də bəzilərinə qarşı Yasamal rayon İcra Hakimiyyəti eyni davranıb.

Hələ evini, əşyalarını məhv etdikləri azmış kimi, nə ölkə başçısının bu barədəki çıxışında qeyd etdiyi kompensasiya ödənilib, nə də iki aylıq nəzərdə tutulmuş kirayə pulu.



Gördüyünüz kimi bu günə qədər də Samiq Həsənovu aidiyyatı qurumlar biri-birinə ötürə-ötürə, qapılar gəzdirirlər. Yəqin, adını çəkdiyi aidiyyatı qurumlar "Əlbət bir gün yorulub, bizdən əl çəkəcək" ümidi ilə hələ də vaxt itirmək üçün Samiq Həsənovu ötür-ötür gəzdirirlər. Lakin, həmin qurumlar bir "pis xəbər"imiz var. Samiq Həsənovun bu işin sonuna qədər gedəcəyi və axırda hüququnun tanınacağı, həqiqi ədalətin bərqərar olacağı günə qədər mübarizə aparacağını iddia edir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



Xəbəri paylaş

7748 dəfə oxunub.

Digər xəbərlər
18-06-2016, 12:00 Xəzərdə zəlzələ oldu

bütün xəbərlər
____ Instagram ___