Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan paytaxtında baş verən silahlı insidentin bəzi təfərrüatları açıqlandı– (Qız üstə)
Tarix: 28-08-2015 | Saat: 13:18
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Azərbaycan paytaxtında baş verən silahlı insidentin bəzi təfərrüatları açıqlandı– (Qız üstə)
İbrahimova 8 dəfə atəş açılıb.

Azərbaycan paytaxtında baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Xeberaz.az xəbər verir ki, Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətlə yetirilən şəxs keçmiş polis əməkdaşı 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovdur.

Milli.Az saytının məlumatına görə, bir müddət əvəvəl polisdən ayrılan N.İbrahimov biznesmen idi.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, qanlı hadisə qız üstündə olub.

Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.

N.İbrahimov idarə etdiyi 90 SF 333 nömrə nişanlı “Lexus” markalı maşınla qara rəngli, 10 VM 006 dövlət qeydiyyatlı nömrə nişanlı “Lexus” markalı maşını idarə edən R. Həsənovla Nizami Rayonunda görüşüb.

Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan İbrahimov Nadirə 8 güllə atıb.

N.İbrahimov Nadir 1 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.







Xəbəri paylaş

7118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___