Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın ürəyi Şərqdə döyünəcək
Tarix: 28-08-2015 | Saat: 11:52
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Dünyanın ürəyi Şərqdə döyünəcək

"Dünyanın ən nüfuzlu proqnoz mərkəzləri qarşıdan gələn onilliklərdə dünya iqtisadiyyatının ürəyinin məhz Şərqdə döyünəcəyini bildirirlər"

Xəbəraz.az xəbər verir ki, Bu sözləri Axar.az-a açıqlamasında bu yaxınlarda Putinin Çinə gözlənilən səfərini şərh edərkən politoloq Tofiq Abbasov deyib. O, Moskva və Pekinin əməkdaşlığın hərbi-texniki seqmentini vaxtaşırı qabartmasını təsadüf hesab etmədiyini bildirib:

“Rusiya ilə Çin strateji tərəfdaşlığa məhkum ölkələrdir. Onların münasibətlərini yaxın gələckdə müəyyən edən təkcə iqtisadi maraqlar deyil. İndi gündəmdə təhlükəsizlik problemləridir. Son illər iki ölkənin silahlı qüvvələri birlikdə və genişmiqyaslı təlimlər keçirməklə digər tərəflərə birgə müqavimət potensialına malik olduqlarını və dünyanın istənilən nöqtəsində həmahəng əməliyyatlar apara biləcəklərini göstərirlər. Moskva və Pekin əməkdaşlığın hərbi-texniki seqmentini təsadüf yerə vaxtaşırı qabartmır. Digər tərəfdən iqtisadi çətinliklər də hər iki tərəfi yaxın olmağa sövq edir.

Məsələyə aktuallıq gətirən odur ki, Çin özünün qərb bölgələrini inkişaf trendlərinə gətirmək istəyir, Rusiya isə öz şərqini. İki dövlət arasında bağlanmış müqavilələrdə ayrı-ayrı bölgələrin birbaşa əlaqə qurub, ticari-istehsalat kooperasiyasını inkişaf etdirmək bəndi əbəs yerə deyil”.

Politoloq növbəti zirvə görüşündə Moskva-Pekin arasında ikitərəfli sazişlərin bağlanmasının gözlənilən olduğunu bildirib:

“Enerji, nəqliyyat, informasiya texnologiyaları, turizm və digər intensiv inkişaf edən sahələrlə bağlı yeni prioritetlər müəyyən ediləcək. Hər iki ölkə Şanxay əməkdaşlıq təşkilatının nəbzini müəyyən edən tərəflərdir. Bu strukturdan bir çox ölkələr, o cümlədən Azərbaycan da ümidlidir. Artıq Amerika və Qərbi Avropa iqtisadi zəmində mərkəzi platforma statusunu əldən verirlər. Dünyanın ən nüfuzlu proqnoz mərkəzləri qarşıdan gələn onilliklər ərzində dünya iqtisadiyyatının ürəyinin məhz Şərqdə döyünəcəyini bildirirlər. Əsas istehsal gücləri artıq Şərqdədir və Çin bu prosesdə başlıca rollardan birini öz üzərinə götürüb. Bu baxımdan Rusiya məhz bu proseslərdən geri qalmaq istəmədiyindən Çinlə geniş formatda əlaqələrin qurulmasına can atır”.

Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2-3 sentyabr tarixlərində Çinə rəsmi səfəri planlaşdırılır.


Xəbəri paylaş

5338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___