Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Jurnalistlər aksiya keçirtdilər
Tarix: 27-08-2015 | Saat: 20:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Jurnalistlər aksiya keçirtdilər

Avqustun 27-də bir qrup jurnalist Bakı şəhər Prokurorluğunun binası qarşısında jurnalist Rasim Əliyevin ölümündə günahı olan həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə aksiya keçirib.


Xəbəraz.az azadliq.org-a istinadən xəbər verir ki, aksiya iştirakçılarını Bakı şəhər prokuroru Əziz Seyidov qəbul edib. Jurnalistlər R.Əliyevin döyülərək öldürülməsi barədə qaldırılan cinayət işinin istintaqı ilə bağlı Ə.Seyidova suallar veriblər. Aksiya iştirakçıları prokurora deyiblər ki, R.Əliyevin ölümündə günahkar olan həkimlər də cinayət məsuliyyətinə cəlb edilməlidir.

Əziz Seyidov aksiyaçılardan istəkləri ilə bağlı müraciət hazırlamalarını xahiş edib. Sənəddəki məsələlərə, o cümlədən həkimlərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılacağını bildirib.

Jurnalist Rasim Əliyev avqustun 8-də «Qəbələ» futbol komandasının kapitanı Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər Kliniki («Semaşko») Xəstəxanasına yerləşdirilib.

Avqustun 9-na gecə onun səhhəti kəskin pisləşib. Əməliyyat olunandan sonra səhərə yaxın vəfat edib.


Jurnalistin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) maddəsi ilə cinayət işi qaldırılıb. Bu ittiham üzrə 6 nəfər həbs edilib.

Futbolçu Cavid Hüseynov isə cinayəti qabaqcadan bilib xəbər verməmə ittihamı ilə həbs edilib..


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___