Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AMEA Tofiq Hacıyevlə bağlı Dilçilik İnstitutu ilə dil tapacaqmı...?
Tarix: 27-08-2015 | Saat: 10:48
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

AMEA Tofiq Hacıyevlə bağlı Dilçilik İnstitutu ilə dil tapacaqmı...?
AMEA-nın Dilçilik Institutunun yay məzuniyyətindən qayıdan aparıcı əməkdaşları akademik Tofiq Hacıyevin direktor vəzifəsindən istefa verməsi xəbərini çaşqınlıqla qarşılayıblar. Düzdür, ötən həftə akademiyanın mətbuat xidməti T.Hacıyevin istefasının hələ qəbul olunmadığı barədə məlumat yayıb. Amma bununla yanaşı institut əməkdaşlarının əksəriyyəti hamının istirahətdə olduğu bir vaxtda bu elm ocağında baş verənləri “müəmma” kimi qiymətləndirir.

İnstitutun bu fikri bölüşən əməkdaşlarından biri, “Dil tarixi və dialektologiya” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva əməkdaşımıza aşağıdakıları bildirib:

–Bir ildən çoxdur ki, institutda Azərbaycan dilçiliyini inkişaf etdirməklə bağlı ölkə prezidentinin sərəncamı ilə qəbul olunmuş “Dövlət Proqramı”nı həyata keçirmək üçün gərgin işlər gedir. Dil tarixi ilə bağlı tədqiqatlar dərinləşib, transliterasiya lüğəti hazırlanıb, yeni orfoqrafiya lüğəti üzərində iş başlanıb, KİV-də, küçə adlarında, reklam və afişalarda ədəbi dil normalarına necə əməl olunması ilə bağlı davamlı monitorinqlər aparılır. Qısa müddətdə ortaya “Naxçıvan dialektoloji atlası” kimi fundamental tədqiqat əsəri çıxarılıb, institutda struktur dəyişikliyinə start verilib. Mən hələ ali məktəblərdə çalışan görkəmli dilçi alimlərin institutdakı tədqiqatlara cəlb olunmasını demirəm. İndi bu işlərin intensiv şəkil aldığı bir vaxtda prosesləri məharətlə yönəldən direktor Tofiq Hacıyev istefa verir. İstər-istəməz sual doğur ki, bu addım niyə baş verir, akademiki bu işə kimlər və hansı səbəblər sövq edir?
Alimin fikrincə, əslində çox adam institutla bağlı gedən səhnəarxası oyunların mahiyyətindən xəbərdardır, kimin harda su bulandırması, kimin kimi müdafiə etməsi yaxşı bilinir. Bu gün cürbəcür saytlara anonim və qərəzli materiallar ötürən, cəfəngiyyatlar uyduran, visdanlı alimlərə böhtan atan, institutda görülən böyük işləri və T.Hacıyevin fəaliyyətini gözdən salmağa çalışan, hətta onun elmi şöhrətini belə qısqanan adamlar öz xislətlərini aşkarca büruzə verirlər.
Professor S. Mehdiyeva onu da əlavə edib ki, uzun illər idi ki, Dilçilik İnstitutunda da kök salmış süni intriqalar normal elmi fəaliyyətlə məşğul olmağa imkan vermirdi. Sanki daim gizli bir əl bu qarşıdurmaları idarə edirdi. Tofiq Hacıyev qısa müddətdə bu intriqa ocaqlarını söndürməklə və hər kəsi öz yerində oturtmaqla əlverişli iş şəraiti yaratmışdı. İndi düşünürəm ki, hörmətli akademikin istefası təkcə başlanmış möhtəşəm işləri yarıda qoymayacaq, həm də qorxuruq ki, səngimiş münaqişə ocaqlarını oyadacaq. Ona görə də mən hesab edirəm ki, Azərbaycan dilçilik elmi və dilçiliyimizin inkişafı naminə Tofiq müəllim istefa ərizəsini geri götürməli, onu sevən kollektivə qayıtmalıdır. Başlanmış böyük işləri davam etdirmək üçün onun elmi biliyi, zəngin təcrübəsi və şəxsi nüfuzu bu kollektiv üçün çox lazımdır. Bəlkə çoxları bunu yaxşı anlamır, amma bilmək lazımdır ki, bu gün dilçilik elmimizdə xüsusi yeri olan akademik Tofiq Hacıyev miqyasda alimlər barmaqla sayılası qədər azdır.kanal24.az


Xəbəri paylaş

8108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___