Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saakaşvili facebook səhifəsində bu xəbəri paylaşıb
Tarix: 27-08-2015 | Saat: 00:03
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Saakaşvili facebook səhifəsində bu xəbəri paylaşıb


Gürcüstanın Batumi şəhərində azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edən qeyri-adi və maraqlı "Əli və Nino" heykəli dağıdılıb.

Ans press-in məlumatına görə, bu haqda Odessa qubernatoru Mixail Saakaşvili öz "Facebook" səhifəsində xəbər yayıb.

“Bu gün Batumidə, Rusiya oliqarxı İvanişvilinin sayəsində Əli və Ninonun hərəkət edən heykəli dağıdılıb”, - deyə keçmiş prezident bildirib.

2010-cü ilin sonlarında ucaldılan abidə sevgiyə həsr edilib. Əvəllər heykəlin adı "Kişi və qadın" olsa da sonradan "Sevgi" ilə əvəz edilib. Qeyri-adi əsərin müəllifi isə heykəltaraş Tamara Kvesitadzedir.

Abidə hərəkət edən iki insan heykəlindən ibarətdir. Bütün konstruksiya metaldan ibarətdir. Abidənin hündürlüyü 7 metrdir (platformasız). Bir-birindən aralı olan metal konstruksiyalı qadın və kişi heykəli hər 8-10 dəqiqədən bir birləşir. Heykəllər spiralvari quruluş sayəsində asanlıqla qovuşaraq bir tam əmələ gətirirlər.

Heykəlin müəllifinin sözlərinə görə, onun ilham mənbəyi azərbaycanlı yazıçı Qurban Səidin "Əli və Nino" əsəri olub. Heykəllər əsərdə bəhs edilən azərbaycanlı Əli adlı gənclə gürcü qızı Ninonun simvoludur.

Qeyd edək ki, heykəltaraş Tamara Kvesitadze 1968-ci ildə Tiflisdə doğulub. Dünya miqyasında məşhur olan heykəltaraş əsərlərində yeni materiallardan istifadə etməsi ilə tanınır.


Xəbəri paylaş

5648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___