Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Hakimin "haqq kimdir? düsturundakı" kobud səhvi"
Tarix: 25-08-2022 | Saat: 20:02
Bölmə:M / Karusel / Gündəm / Bizim seçim / Xəbəraz TV / Araşdırma / Aktual | çapa göndər

"Hakimin "haqq kimdir? düsturundakı" kobud səhvi"

Qanunlar dövləti ayaqda saxlayan "qaynaq sütunlarıdır". "Sütunları qorumaq" vəzifəsini dövlət seçilmiş hakimlərinə etibar edir. Di gəl ki, hər etibar edilən "keşişci"  dövlətin sütunlarını laiqincə qoruya bilmilər. Nəticədə isə xalq ilə dövlət arasında ciddi narazılıqların əsasını yaradırlar.

"Xəbəraz.az" İnformasiya Agentliyinin redaksiyasına müraciət edən qocaman hərbiçi Dilqəm Abbas oğlu İsmayılov yaşadığı Gəncə şəhərində illərdir başına gətirilən haqsızlıqlardan, müsibətlərdən bəhs edir.

Təqaüdçü hərbiçimiz ömrünün gəncliyini vətənin müdafiəsinə həsr edib, yaməl-faməl ailəsini dolandırıb. Eləcə də 90-cı ildən Baki-Gəncə yolu üzərində olan dövlətə məxsus boş ərazidə özünə kiçik təsərrüfat quraraq ailəsinin keçimini yaxşılaşdırmağa çalışıb. 

Gəncənin Sabiq icra başçısı Elmar Vəliyev hər dəfə bir ad altında dəfələrlə Dilqəm İsmayılova obyektini sökdürüb, yenidən tikditdirib. Turan başçının əmrinə boyun əymək sən başqa çarəsi olmayan vətəndaş borc-xərc başçının əmrinə tabe olub.  Elmar Vəliyevin yaşadığı məlum hadisədən sonra başçı dəyişsə də, Dilqəm İsmayılovun müsibəti dəyişməyib. Əksinə daha da çoxalıb. 

Gəncədə sərvəti və "uzun əl-qolu" ilə tanınan Məmmədəli Novruzəliyev adlı şəxs pərdə arxasında "gizlənib" Novruzov Abdulla Vaqif  oğlunu qabağa verərək Dilqəm İsmayılovun istifadəsində olan dövlətə məxsus torpaq sahəsindən çıxarılması iddiası ilə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi verir. Hakim Tağıyev Cavid Tahir oğlu  21.10.2020-ci il tarixli , 2(043)-3288/2020 nömrəli Qətnamə ilə oliqarxı razı salır.  Təbii ki, dövlətdə  eyni hüquqa sahib olan Dilqəm İsmayılova hakim Cavid Tağıyevin ədalətsiz və qərəzli Qərarı ilə razılaşmayıb Gəncə APELLYASİYA məhkəməsində haqqının qorunacağına ümid edir. Bu minvalla üz tutur Gəncə Apellyasiya Məhkəməsinə. Ömür boyu sərt hərbi qaydalarla yaşayan və həyatını da qaydalar, qanunlar içərisində tənzimləyən keçmiş hərbiçimiz haradan bilə bilərdi ki, bəhs etdiyi Məmmədəli Novruzəliyevin uzun qolları Gəncə Apellyasiya Məhkəməsinə də uzanacaqmıs. 

Gəncə APELLYASİYA Məhkəməsinin hakimi Muradov Rəhman Şaban oğlu həmkarından da kobud qanun pozuntularına yol verir. 

İlk öncə iddia qaldıran Novruzov Abdulla Vaqif oğlu nəyə və hansı rəsmi sənədə əsaslanaraq dövlət mülkiyyətində olan torpaq sahəsinə iddia qaldıra bilir? Yox əgər Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyətinin 27.avqust 2011- çi il tarixli Sərəncamına güvənirdisə   istər birinci məhkəmə instansiyası, istərsə də ikinci məhkəmə instansiyası bilməli idilər ki, 2000- ci il tarixindən yerli İcra Hakimiyyətlərinin torpaq ayırmaq səlahiyyətləri yoxdur. Biz əminik ki, hər iki məhkəmənin hakimi, Muradov Rəhman Şaban oğlu və Tağıyev Cavid Tahir oğlu bunu gözəl bilirdilər. Eləcə də iddiaçının iddiasının əsassız olduğunu da bilirdilər. Belə olan halda hər iki hakimi Vadar edən səbəb nə idi ki, əsassız iddia səbəbilə bu qədər zaman, əmək, və dövlət vəsaiti ayırıb, dövlətin bərabərhüquqlu vətəndaslarının birinin istifadəsində olan dövlətə nəxsus torpaq sahəsini əlindən alıb, digərinə verir? Yenə də əməllərinə iddiaçının vərəsəlik hüququ ilə bəraət qazandırmaq istəyirlərsə, araşdırmamızda adı gedən ərazinin iddiaçı Abdulla Novruzovun atasına məxsus olmadığı həqiqəti ortaya çıxdı. Nəticənin bu həddə gəlib çıxmasında son qənaətimiz Dilqəm İsmayılova haqq qazandırmaq oldu ki, axı o demişdi!:- " Bütün bunlar Məmmədəli Novruzəliyevin çirkli əməllərdir" . Biz "qəhrəman" Məmmədəli Novruzəliyevi tanımasaqda, və ya onun xəyalı bir varlıq olduğunu düşünsək də Dilqəm İsmayılova inanırıq. Çünki, heç bir hüquqi və rəsmi sənədə əsaslanmayan  Gəncə APELLYASİYA Məhkəməsinin hakimi Muradov Rəhman Şaban oğlunun qəbul etdiyi  04aprel 2022-ci il 2(104)-233/2022 saylı Qətnaməsi açıq -askar ədalətə vurulan ağır zərbədir. Biz bu yazımızda istər hakim Tağıyev Cavid Tahir oğluna, istərsə də Muradov Rəhman Şaban oğluna söyləmək istərdik ki, dövlət siz hakimlərə güvənərək ali qanunlarımızı sizə etibar edib. Qanunlarımızı hər hansı qoluzorbalı hegamona əsir etməyin. Dövlətin qataq sütunları olduğunuzu unutmayın.

Tərifə Maqsudova



Xəbəri paylaş

5358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___