Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xalq artistindən şok etiraf: Həyat yoldaşım mənə xəyanət etmişdi
Tarix: 26-08-2015 | Saat: 17:35
Bölmə:M / Karusel / M2 / Məşhurların Taleyi | çapa göndər

Xalq artistindən şok etiraf: Həyat yoldaşım mənə xəyanət etmişdi
“Mən heç vaxt ona yaxınlaşıb belə söz deməmişəm”.

Sumqayıt Dövlət Teatrının aktyoru, xalq artisti Məzahir Süleymanov Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nurun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xəbəraz.az xəbər verir ki, xalq artisti Ölkə.Az-a açıqlamasında deyib ki, Əli Nurun söylədikləri həqiqətə uyğun deyil:

“Onun dediklərinin 99 faizi yalandır. Əli Nurun mənim intihar etmək istəməyimlə bağlı dedikləri qırx il əvvəl olub. Mən heç vaxt ona yaxınlaşıb belə söz deməmişəm. Bəli, 38 il əvvəl yoldaşım mənə xəyanət etmişdi. Amma bu barədə ona deməmişəm. Dərdimi elə adamlara açmıram. Ancaq birinci ailəm xəyanət ucbatından dağılmışdı, həyat yoldaşım mənə xəyanət etmişdi. Ailədə belə hadisələr olur da. Bəli, onu düz deyir”.

M.Süleymanov Əli Nurun digər fikirlərinə də münasibət bildirib:

“Altı ay onun evində yaşamamışam. Mənim evim yox idi ki, onun evində yaşayırdım? Biz qonşu idik. Deyir ki, guya mənimçün elçi gedib. Tamamilə yalandır. Ümumiyyətlə, bu adam şizofrenikdir. Onun sözünə ciddi münasibət bəsləmək də heç düzgün deyil”.

Qeyd edək ki, Əli Nur Ölkə.Az-a müsahibəsində Məzahir Süleymanov barəsində bunları demişdi:

“1977-ci ildə "Poladəridənlər" əsərinin məşqi zamanı Məzahir mənə yaxınlaşıb dedi ki, özümü öldürmək istəyirəm. Səbəbini soruşdum. Dedi ki, yoldaşım mənə xəyanət edib. Məsləhət gördüm ki, elədirsə, boşanın. Məlum oldu ki, yoldaşı həm də bunu evdən qovub. Məzahirin yoldaşının kimin sevgilisi olduğunu da öyrəndim. Bundan sonra altı ay Məzahiri evimdə saxladım. Gedib qadınla danışdım. Zina adlı qadın idi. Dedim ki, Zina, bu aktyoru bədbəxt eləmə, get ərizəni ver, boşan. Dedi onun hünəri var boşansın, mən boşanmıram. Məzahirin o qadından iki uşağı var idi. Qadını bir az sıxma-boğmaya salandan sonra boşanma haqda ərizə yazmağa razı oldu”.


Xəbəri paylaş

9318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___