Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan ordusu Ağdamda düşmənə qarşı reaktiv artilleriyanı işə saldı
Tarix: 25-08-2015 | Saat: 21:07
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Fotogalereya | çapa göndər

Azərbaycan ordusu Ağdamda düşmənə qarşı reaktiv artilleriyanı işə saldı


Bu gün Ermənistan tərəfi Azərbaycan ordusunun təmas xəttinin şərq istiqamətində (Ağdam) reaktiv artilleriya sistemlərini tətbiq etdiyini bildirib.

Xəbəraz xəbər verir ki, Virtualaz.org saytı xəbər verir ki, bu barədə qondarma “DQR müdafiə nazirliyi” məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan ordusu düşmənin mövqelərini 60, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutub, şərq istiqamətində isə Türkiyə istehsalı olan TR-107 reaktiv-yaylım atəşi sistemini tətbiq edib.

Erməni tərəfi həmin raketlərin qəlpələrinin fotolarını da yayıb.

Virtualaz.org saytı bu məlumata dair Azərbaycan Müdafiə Nazirliyindən şərh almağa cəhd göstərib. Nazirliyin mətbuat xidməti isə bu barədə rəsmi məlumata malik olmadıqlarını bildirib.

Bununla belə Azərbaycan Müdafiə Nazirliyi ötən gün rəsmi məlumatla çıxış edərək bildirmişdi ki, Ermənistan qüvvələri təmas xəttinin Ağdam və Xocavənd istiqamətlərində ordumuzun mövqelərini qəfildən müxtəlif çaplı minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.

Komandanlıq yaranmış əməliyyat şəraitini nəzərə alaraq düşmən ordusunun koordinatları əvvəlcədən müəyyən edilmiş mövqelərinə, o cümlədən bölük dayaq məntəqələrinə, dərinlikdə yerləşən hədəflərinə toplardan və minaatanlardan yaylım atəşi açmaq əmri verib.



Güclü artilleriya zərbələri nəticəsində düşmən ordusunun azı 5 hərbçisinin məhv edildiyi dəqiqləşib.

Bu baxımdan istisna deyil ki, Azərbaycan ordusu düşməni növbəti dəfə susdurmaq üçün arsenalındakı daha iriçaplı və dağıdıcı silahları işə salıb. Çünki hərb qanunları tələb edir ki, düşməni susdurmaq üçün ona misli ilə cavab vermək lazımdır.

Məsələn, ermənilər iriçaplı minaatanları tətbiq etməyə başlayırsa, o zaman Azərbaycan ordusunun onlara reaktiv yaylım atəşi sistemləri ilə cavab verməsi tamamilə məntiqli və qanunauyğundur.

Hərçənd ki, erməni tərəfi həmin reaktiv artilleriya sisteminin adını dəqiq göstərməyib. Söhbət Azərbaycanın Türkiyənin ROKETSAN şirkətindən aldığı T-107 “Sakarya” reaktiv-artilleriya sistemindən gedir.

Azərbaycan T-107 ilə yanaşə daha iri kalibrli raketlər atan T-122 “Sakarya” sistemləri də alıb


Xəbəri paylaş

7398 dəfə oxunub.

Digər xəbərlər
5-06-2016, 21:35 Ağdaşda zəlzələ oldu

bütün xəbərlər
____ Instagram ___