Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Məmmədyarov Minsk Qrupundan narazıdır
Tarix: 25-08-2015 | Saat: 19:59
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Elmar Məmmədyarov Minsk Qrupundan narazıdır
“Biz o zaman razı olardıq ki, …”.

Xarici İşlər Naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi” mövzusunda məruzəçisi Militsa Markoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xəbəraz Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Elmar Məmmədyarov Cənubi Qafqaz regionu və Azərbaycanda su təminatı məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırdı.

O, beynəlxalq sənədlərdə təsbit edildiyi kimi sudan istifadənin azad xarakter daşımalı olduğunu bildirdi.

Suyun humanitar mahiyyət kəsb etdiyini qeyd edən nazir Elmar Məmmədyarov vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan insanların və kənd-təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulduğu barəsində məlumat verdi.

Nazir Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində insanların Sərsəng su anbarından istifadədən məhrum olduqlarını diqqətə çatdırdı. O əlavə etdi ki, Ermənistan tərəfi

Sərsəng su anbarını təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir.

Militsa Markoviç bütün xalqların dilində deyildiyi kimi insanın çörəksiz yaşaya bildiyi halda, susuz yaşaya bilmədiyini qeyd etdi. Ona görə də bu layihənin sırf humanitar məqsəd daşıdığını qeyd edən Militsa Markoviç siyasi məqamların da istisna edilmədiyini nəzərə çatdırdı.

Münaqişənin həlli prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazı olduğunu vurğuladı.

Biz o zaman razı olardıq ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın deyə Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun fəaliyyətinin hər hansı nəticəsinin olmadığını qeyd etdi.

Elmar Məmmədyarov ümidvarlığını bildirdi ki, bu hesabat hazır olandan sonra AŞPA üzvləri və geniş beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından olan Azərbaycan əhalisinin üzləşdiyi su problemi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.


Xəbəri paylaş

6238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___