Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı kimdir?... - 52 saylı Mənzil İstismar Sahəsinin rəisi, İqrar adlı şəxs qeyri-qanuni fəaliyyətə şərait yaradır.
Tarix: 28-06-2022 | Saat: 12:29
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər


Bakı şəhərinin ərazi üzrə göstərilməsi, şəhərin 12 rayonunu əhatə edir. Əsas məsələ, ərazinin rayonlara bölünərək nəzarət edilməsidir. 12 rayondan ibarət olan Bakımızın əsas mərkəzi rayonlarından biri də Nəsimi rayonudur. Nəsimi rayonunun həmişə adının müsbət işlərdə çəkilməsinə baxmayaraq, heç zaman icra başçısı tərəfdən bəxti gətirməyib. Ərazidə aparılan tikinti və abadlıq işlərinə görə, məsuliyyəti heç vaxt üzərinə götürməyən Nəsimi rayon İcra Hakimiyyəti əraziyə düzgün nəzarət edə bilmir. 
Nəsimi rayonunda minlərlə ticarət obyektlərinin, böyük bazarların olmasına baxmayaraq, təmizlik işlərinə nəzarət çox zəifdir. Dünən yolumuzu Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 84 ünvanına saldıq. Yol uzunu boydan-boya salınmış ticarət obyektləri, moykalar nəzər diqəttimizi cəlb etməyə başladı. 52 saylı Mənzil İstismar sahəsinin ərazisində yerləşən maşın yuma məntəqəsi küçədə üfunət iyinin, çirkabın, natəmizliyin göstəricisi kimi bütün sakinləri bezdirib. 
Haqqında söhbət açacağımız ərazinin, Nəsimi rayon İcra Hakimiyyətinin tabeçiliyində olduğunu, yəni Bülbül prospekti 84, Əfəndiyev döngəsi 1 ünvanda yerləşdiyi, ərazidə təmizliyə isə 52 saylı Mənzil İstismar sahəsi nəzarət etdiyi məlum oldu. Bu ərazilərin zəbt olunaraq və ya obyektin fəaliyyət göstərməsi üçün heç bir sənəd olmadan işləmələri birbaşa qanun pozuntusudur və cinayət məsuliyyəti yaradır. Buna misal olaraq, Əfəndiyev döngəsi, 1 ünvanda yerləşən maşınyuma məntəqəsini göstərmək olar. Bu maşınyuma məntəqəsi fərdi yaşayış evində fəaliyyət göstərir. 
Hamımıza məlumdur ki, HƏR HANSI YAŞAYIŞ SAHƏSİNİ, QEYRİ YAŞAYIŞ SAHƏSİNƏ, YƏNİ OBYEKTƏ ÇEVİRMƏK ÜÇÜN, YERLİ İCRA HAKİMİYYƏTİNİN RƏYİ VƏ BAKI ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN SƏRƏNCAMI OLMALIDIR. BU SƏNƏDLƏR OLMADAN İSTƏR AZƏRİŞIQ, İSTƏR AZƏRİQAZ, İSTƏR AZƏRSU HEÇ BİRİNİN İXTİYARI YOXDUR Kİ, HƏMİN MƏNZİLİN OBYEKT KİMİ FƏALİYYƏT GÖSTƏRMƏSİNƏ ŞƏRAİT YARATSINLAR. BU BİRBAŞA QANUN POZUNTUSUDUR VƏ CİNAYƏTDİR. GÖRÜNÜR HANSISA İŞBAZLAR RÜŞVƏT MÜQABİLİNDƏ ÖZ ÇİRKİN NİYYƏTLƏRİNİ HƏYATA KEÇİRİRLƏR.
Yolların hər iki tərəfdən kəsilməsi, maşınyuma məntəqəsinin fəaliyyəti ilə bağlıdır. 
Sakinlərlə apardığımız söhbət zamanı bəlli oldu ki, bu obyektlər Nəsimi rayonu ərazisində yerləşən 52 saylı Mənzil İstismar Sahəsinin rəisi İqrar müəllimin himayədarlığındadır. Hətta, onlar bildirdilər ki, İqrar müəllim icazə verməsə burada daşı daş üstə qoymaq olmaz. Görünür, İqrar müəllimin əlində hər ay qanunları pozmaq üçün daşdan keçən "sənəd" olur. Bu isə o deməkdir ki, pulun varsa otur yolun ortasında de ki, bura mənimdir. Yaşlı bir qadın isə bildirdi ki, bu ərazidə zibilin içərisində itib batırıq. 52 saylı Mənzil İstismar Sahəsinin rəisi, İqrar müəllim 2 ədəd zibil yeşiyi vermir ki, burada olan zibillləri mədəni şəkildə onun içərisinə yığaq. Cammat zibilləri ortalığa atır, tullantılar isə aylarla burada yığışıb qalır. Bu cür ağır xəstəliklərin tüğyan elədiyi bir dövrdə camaat 52 saylı Mənzil İstismar Sahəsinin ərazisində zibil tullantılarının içərisində itib batır. 
Nəsimi rayonunda ancaq səkilər, yollar obyekt yerləri kimi satılır. Elə İcra Hakimiyyətinin başçısına sizin vasitənizlə xahiş edərdik ki, Əfəndiyev döngəsi 1-də qalan bir maşınlıq ərazini də 52 saylı Mənzil İstismar Sahəsinin rəisi İqrar müəllimə versinlər, qoy oranı da böyük bir obyektə çevirsin. Camaatı düşünməsələr də olar. 
Biz isə üzümüzü sakinlərə tutaraq bildiririk ki, Nəsimi rayonu təkcə 52 saylı Mənzil İstismar Sahəsinin rəisindən ibarət deyildir. Burada, Mənzil İstismar idarəsinin rəisi, ondan sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Departamentinin sədri Rafael Mehrəliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov adlı şəxslər rəhbər vəzifələr də çalışırlar. Düzdür, bəzi hallarda Bakı Şəhər İcra Hakimiyyətindən deyirlər ki, Nəsimi rayonunun küçələrində piyada səkilərinin və avtomobil yollarının zəbt olunması faktına görə məsuliyyət bilavasitə Nəsimi Rayon İcra Hakimiyyətinin üzərindədir. Bəzi Ekspertlərin fikrincə isə problemin həllini tapmamasına yeganə səbəb korrupsiya faktorudur.
Paytaxt Bakının mərkəzi ünvanlarında – bir çox küçə və prospektlərdə piyadalar üçün nəzərdə tutulmuş səkilər ayrı-ayrı şəxslər, sahibkarlıq subyektləri, şirkətlər, işbazlar tərəfindən zəbt olunub. Belə vəziyyət həmin səkilərlə təhlükəsiz şəkildə hərəkət etməli olan piyadalara böyük çətinliklər yaradır. Onu da bildirək ki, bu yollardan həm maşınlar, həm də piyadalar keçir.
Piyadalar öz həyatlarını təhlükə altına atır, məcburiyyət qarşısında qalıb avtomobil yoluna çıxır, maşınların arası ilə hərəkət etməli olurlar. Bu isə onlarla yanaşı, sürücülər üçün də böyük təhlükə yaradır. Fiziki məhdudiyyəti, əlilliyi olan, əlil arabasında gəzən, yaxud azyaşlı övladını uşaq arabasında gəzintiyə çıxaran valideynlər üçün səkilərin zəbt edilməsi daha böyük çətinliklər yaradır. Bu qəbildən olan küçələrə misal olaraq yenə də Nəsimi rayonundakı Bülbül prospekti 84,  Əfəndiyev döngəsi 1-i göstərmək olar. İstənilən kəs paytaxtın mərkəzi ünvanlarında qısa müşahidə aparsa, qeyd etdiyimiz nüanslara rast gələ bilər. Bu barədə mediada dəfələrlə məsələ qaldırılsa da, problem həllini tapmır. Aidiyyəti qurumlar ya laqeydlikdən, ya da məqsədli şəkildə susmağa üstünlük verirlər. Bizim onlarla əlaqə yaratmaq, suallara cavab tapmaq cəhdlərimiz də məhz bu kimi səbəblərdən nəticəsiz qaldı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Nəsimi Rayon İcra Hakimiyyətindən fakta dair münasibət öyrənmək istəsək də, media ilə əlaqələrə məsul şəxslər

bizə cavab vermək istəmədilər. Amma təkcə onu bildirdilər ki, yaşayış sahəsini, qeyri yaşayışa çevirmək üçün müvafiq qaydada Rayon İcra Hakimiyyətinə müraciət olunmalıdır. 
Sonda, qeyd edək ki, Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndələri, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birgə Bülbül prospekti 84, Əfəndiyev döngəsi 1-ə birlikdə baxış keçirməli və sakinlərin haqlı narazılığı ilə yerində tanış olmalıdırlar.
Yazıda adları çəkilən şəxslərin hər birinin mövqeyini dərc etməyə hazırıq.

https://gundelik-baku.com/




Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
29-03-2023, 11:50 "Öpüş cana dərmandır"

bütün xəbərlər
____ Instagram ___