Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
1 saylı notariat-tərcümə kontorunda nələr baş verir..? - Kontorun qabağında avtomobil saxlamağın cəriməsi neçəyə başa gəlir..?
Tarix: 25-06-2022 | Saat: 13:01
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər


Yazıya giriş  olaraq onu qeyd edək ki,  hazırda  Azərbaycanda 155 notariat kontoru fəaliyyət göstərir. Onlardan 99-u dövlət, 56-sı xüsusi notariat kontorudur. Notarius fəaliyyəti ilə isə 173 nəfər məşğul olur. Onlardan 104 nəfəri dövlət, 69 nəfəri xüsusi notariat kontorlarında fəaliyyət göstərir.
Bir neçə il əvvəl  bəzi  hüquq  müdafiəçiləri  mediada  yazırdı ki, Azərbaycanda niyə  özəl  notariat kantoru yoxdur ?
Yaxşı, buna icazə verildi və bu gün Azərbaycanda xeyli sayda özəl notariat  kantoru fəaliyyət göstərir. Amma…
Əmması odur ki, işlər yaxşıya getmək əvəzinə  pisliyə gedir.
Belə ki, özəl notariat kantorlar saxta etibarnamələr adı  altında kiminsə evini, torpağını, yaxud  avtomobilini  kiməsə satır…
Yəni notariat  kontorların verdiyi sənədlər  məhkəmələrdə  dövlətin adından verilən  sənəd  kimi qəbul edilir və qərarların qəbul edilməsinə  əsas olur.
Sözün qısası, notariat  kantorların verdiyi sənədlər  rəsmi dövlət  sənədi kimi qəbul edilir.
Çox təəssüf ki, son illər  bu  notariat  kontorların   verdiyi  sənədlərin çoxu  saxta, cinayət  əməlləri ilə  bağlı olur.
Və ən dəhşətlisi odur ki, bu kontorların verdiyi  sənədlər məhkəmələrdə hüquqi  sənəd kimi qəbul edilir. Və bu sənədlərin əsasında məhkəmə qətnaməsi qəbul edilir.
Belə hüquq  kontorlarından biri də  Azərbaycan  Pedoqoji  Universiteti ilə üzbəüz  yerləşən  1  saylı Notariat Ofisidir.
Bu ofisdə  sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiq edilməsi ilə bağlı  verilən sənədlərdə  kifayət qədər falsifikasiya var.
Başa düşürük ki, özəl-xüsusi notariat kontorudur.
Deməli, notariat  kontorun qarşısında  vətəndaşlar avtomobil saxlayıb kontorun xidmətindən istifadə  etmək üçün  “50 manat  cərimə”  ödəməlidirlər.
Bəli, əgər kontoru  açmısansa, qarşısında  vətəndaşların  avtomobili üçün  şərait yaradılmalıdır.
Bu məqamda oxuculardan üzr istəyərək  bir söz deməliyik.
Azərbaycanda kimsə, çayxana, yeməkxana açır, amma ictimai-iaşə müəssisəsinin ayaqyolusu-tualeti  olmur.
Bu necə  rüsvayçılıqdırsa, hüquq kontorunun qabağında avtomobil saxlamamaq  da elədir.
Sözün qısası,  dövlətimiz  xüsusi  notariat kontorlarının fəaliyyətinə qanuni  imkan yaratdı.  
Amma  bəzi xüsusi notariuslar bundan öz şəxsi maraqları üçün istifadə etməyə başladı.
Növbəti yazıda 1 saylı  notariat kontorunun  xüsusi  notariusları  Famil  Sabitovun və  Elvin  Hüseynovun  əməllərindn bəhs  edəcəyik. 

P.S. 26 gün öncə, hansı notarius rəisi böyük məbləğdə pul uduzub yazısı növbəti sayımızda.
Qarşı tərəfin mövqeyini dərc etməyə  hazırıq.
(https://gundelik-baku.com/)


Xəbəri paylaş

4988 dəfə oxunub.

Digər xəbərlər
2-03-2017, 13:24 Sabahın HAVAsı

bütün xəbərlər
____ Instagram ___