Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir sektor müdirini işdən çıxartdı
Tarix: 25-08-2015 | Saat: 13:37
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

Nazir sektor müdirini işdən çıxartdı
Nazirlikdə bəzi məsələlər müzakirə olunub.

Təhsil Nazirliyinin diplomların tanınması (nostrifikasiyası) sektorunun müdiri Nəzakət Hacıyeva işdən çıxarılıb.

Xeberaz.az modern.az-a istinadən xəbər verir ki, N.Hacıyevanın vəzifəsindən kənarlaşdırılmasına səbəb qeyri-qanuni əməllərini davam etdirməsi, diploma layiq olmayan şəxslərin diplomlarının “tanınması”na şərait yaratması olub.

Nazirlikdə onun işində aşkarlanan pozuntularla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi məsələsi də müzakirə olunub. Lakin onun zərif cinsin nümayəndəsi olduğunu nəzərə alan nazir xanım Hacıyevanı yalnız işdən çıxarmaqla kifayətlənib.

Qeyd edək ki, valideynlər müxtəlif media qurumları vasitəsilə Nazirliyin nostrifikasiya sektorunda hökm sürən özbaşınalıqdan, diplomların tanınması üçün rüşvət tələb olunmasından, bütün bu işlərə isə Nəzakət Hacıyevanın rəvac verməsindən şikayətlər edirdilər.

Bu xanımın vəzifəsindən çıxarılması ilə Təhsil Nazirliyində ən çox tənqidə məruz qalan sahənin düzələcəyini güman etmək olar.



3808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___