Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qax Suvarma İdarəsinin rəisi Cəlal Əskərovun korrupsiya əməlləri… - Cəlal Əskərov fərdi sahibkardan 1 milyon manatlıq nə alıb..?
Tarix: 28-05-2022 | Saat: 12:18
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər


“Gündəlik-Bakı”  olaraq  xeyli müddətdir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində ( ASC )   baş verən rüşvət və korrupsiya halları barədə  yazırıq.
Hətta  ASC-nin  rayonlardakı idarələri barədə  ciddi araşdırma yazıları dərc edirik.
Qurumun  regionlardakı idarələrində baş verən  tender maxinasiyaları , yanacağın silinməsi, quruma  məxsus  avadanlıqların  müxtəlif  şirkətələrə  arendaya verilməsi  və digər hallarla  bağlı  araşdırma yazılarımız dərc olunub.
Məlumdur ki,  ASC bütün rayonlarda  subartezian quyuları qazaraq  əkin sahələrini su ilə təmin edir. Amma..
Əmması odur ki, ASC-nin  subartezian quyuları  qazması sözün həqiqi mənasında  rüşvət və korrupsiya  mənbəyidir.
Belə ki, təkcə   bir rayonda  35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan 2500,0 min manat məbləğində vəsaitdən yalnız 700,0 min manat məbləğində maliyyələşmənin açılaraq icra olunması, qalan 1800,0 min manat məbləğində vəsaitin isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 noyabr tarixli 647 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olmayaraq (vəsaitin mənbəyi və maliyyələşdirildiyi il) 2019-cu ilin dövlət büdcəsinin “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində nəzərdə tutulmuş “İslahatlarla bağlı xərclər”dən açılması ilə bağlı Maliyyə Nazirliyinə məlumat verilib.
Rəqəmlər   arasındakı fərqə  fikir verdinizmi.. ?
Görəsən, Maliyyə Nazirliyi  niyə bu boyda vəsaitlə maraqlanmayıb..?
Görəsən  bu qədər vəsait hara gedib..?
Məlumdur ki, rayonlarda  əkin sahələrinin suvarma suyuna və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə subartezian quyuları  qazılır.  
Və dövlət  bu məqsədlə  milyonlarla vəsait ayırır.
Amma  cənab Prezident İlham Əliyevin dediyi  kimi  ASC-nin hesabatında qeyd olunur ki, 40-50 faiz su itkisi var.
Biz bu barədə  dəfələrlə yazmışıq ki, 40-50 faiz su itkisi ola bilməz.
Deməli, bu qədər pul kimlərinsə cibinə gedib.
Bəli,  40-50 faiz  su itkisi 100  milyonlar deməkdir.
ASC-nin   belə qurumlarından biri də Qax  Suvarma İdarəsidir.
Qax  Suvarma İdarəsinin rəisi  Cəlal Əskərov rayondakı  yerli fermerlərə ciddi problemlər yaradır.
Fermerlər, şəxsi təsərrüfat sahibləri deyir ki, idarə rəisi bir çox yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar.
Qax  Suvarma İdarəsinin rəisi  Cəlal Əskərov   dövlətin ayırdığı  maliyyə vəsaitini məmimsəyir.
Belə ki, Qax rayon Suvarma Sistemləri İdarəsi tərəfindən maşın mexanizmlər üçün ehtiyyat hissələrinin alınması üzrə keçirilmiş tenderdə 137544.34 manat məbləğində satınalma müqaviləsi 31.05.2021-ci il tarixdə “MEQA TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bütün sənədlərdən görünür ki, Cəlal Əskərov külli miqdarda vergi borcu olan şirkətləri tenderdə qalib elan edərək onlardan  “otkat”  alır  və xeyli pul mənimsəyir.
Hətta  mediada yazılan xəbərlərdən bəlli olur ki, Cəlal Əskərov  ASC-nin sədri  cənab Zaur Mikayılovla dil tapır.
Bəli, Qax Suvarma İdarəsinin rəisi Cəlal Əskərov hər yerdə deyir ki, mənim arxamda  ASC-nin sədr müavini Zakir Quliyev dayanıb.  
Belə ki, ASC-nin sədr müavini  Zakir Quliyevə arxayın olan Cəlal Əskərov  sənədlərdə qiymətləri şişirtməklə yüz minləri məmimsəyir.
Və beləcə dövlətə külli miqdarda ziyan vurur.
Təkcə bir faktla  Cəlal Əskərovdan soruşmaq lazımdlır ki, yüz milyonlarla  dövlət vəsaitini nə üçün Rövşən Əliyevə ayırmısan.
Bəli, Cəlal Əskərov  YARIM MİLYON PULU, daha dəqiq desək, 432 min 398 manat 49 qəpik pulu  öz qohumu  Rövşən Əliyevin şirkətinə köçürüb.
Onu da qeyd edək ki, Qax Suvarma Sistemləri İdarəsi  son bir ildə  fərdi sahibkar  Rövşən Əliyevdən 1 MİLYON MANAT  tikinti  materialı alıb.
Görəsən, bütün bunları ASC-nin sədri cənab Zaur Mikayılov görmür..?
Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin  mövqeyini dərc etməyə hazırıq.
(https://gundelik-baku.com/)




Xəbəri paylaş

3928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___