Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
2 mindən çox müəllimə iş verildi
Tarix: 24-08-2015 | Saat: 20:38
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

2 mindən çox müəllimə iş verildi

Bu il ümumi təhsil müəssisələrinə və peşə liseylərinə ümumilikdə 2233 müəllim işə qəbul edilib.

Xeberaz.az xəbər verir ki ,Təhsil Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb. Müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə 24.437 nəfər ərizə verib. Onlardan 21.795 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin birinci mərhələsinə - test imtahanlarına buraxılıb. Müsabiqənin birinci yerləşdirilməsi nəticələrinə görə, 1877 nəfər işə qəbul olunmaq hüququ qazanıb. Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə yerləşdirilmə aparılıb.

Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 3599 nəfər əlavə yerləşdirmədə iştirak üçün müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 356 nəfər işə qəbul olunub. Beləliklə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 2233 nəfər işə qəbul edilib. Bu il keçirilmiş müsabiqədə 20 min nəfərdən çox namizədin iştirak etməsinə baxmayaraq, nəticələrdən apellyasiya şikayəti verən olmayıb.


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
17-04-2017, 13:06 Sabahın HAVASI

bütün xəbərlər
____ Instagram ___