Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağcabədinin baş həkimi Təranə Məmmədova “dəlilik” kağızı satır ?- Bu yolla onlarla vətəndaş saxta əlillik dərəcəsi alıb...
Tarix: 17-05-2022 | Saat: 12:16
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Ağcabədinin baş həkimi Təranə Məmmədova “dəlilik”  kağızı  satır ?- Bu yolla onlarla  vətəndaş  saxta əlillik dərəcəsi alıb... 


AA


Təranə Məmmədova deyir ki, arxamda icra başçısı Rafil Hüseynov durub...

İndi haqqında bəhs edəcəyimiz  Ağcabədi Rayon Mərkəzi Xəstəxanası haqqında, qısa məlumat  vermək  istəyirik.  
Mərkəzi  Xəstəxananın  əsas binası 2013- cü ildə tikilmiş, hal-hazırda əhalinin istifadəsindədir. 
Rayon Mərkəzi xəstəxanası 18 şöbədən ibarətdir.
1.Cərrahiyyə şöbəsi 40 çarpayılıq
2.Terapiya şöbəsi 40 çarpayılıq
3.Pediatriya şöbəsi 30 çarpayılıq
4.Lor şöbəsi 10 çarpayılıq
5.Mama-ginekoloji şöbə də 2 hissədən ibarətdir. Doğum şöbəsi 30, ginekoloji şöbə 10 çarpayılıqdır.
6.Onkoloji şöbə 10 çarpayılıq
7.Anesteziologiya-reanimasiya şöbəsi 15 çarpayılıq
8.Hemodializ şöbəsi 5 çarpayılıq
9.Yoluxucu xəsəliklər şöbəsi 15 çarpayılıq
10.Vərəm şöbəsi 15 çarpayılıq.
Özünüz də gördünüzmü, söhbət hansısa əyalət, ucqar kənd xəstənanasından  deyil, müasir tələblərə cavab verən xəstəxanadan gedir. Və xəstəxananın hər bir işçisi  dövlətdən əmək haqqı alır. 
Ağcabədi rayon Mərkəzi xəstəxanası üzrə 125 nəfər həkim çalışır. 472 nəfər orta tibb işçisinin  17 nəfəri laborant, 62 nəfəri mama, 35 nəfəri feldşer, 1 nəfər diş texniki, 2 nəfəri əczaçı, 2 nəfəri rentgen texniki, 3 nəfəri anestezist, 350 nəfəri isə tibb bacısıdır.
İndi görək, bu boyda xəstəxananın, yüzlərlə tibb işçisinin  baş həkimi  olan Məmmədova Təranə Cabbar qızı hansı əməllərin sahibidir..? 
Məlumat üçün onu da qeyd edək ki, Təranə Məmmədova həm səhiyyənin direktor müavini, həm də və ƏN ƏSASI  tibbi komissiyanın ( Tibbi-Sosial Elspert Komissiyası ) sədridir. 
Yəni Təranə Məmmədova  istəsə qələmi ilə sağlamı  zəlil, əlili isə  sağlam edə bilər. 
Təsəvvür edirsiniz,  Təranə Məmmədova  sağlam şəxsləri  guya Maştağada Ruhi Dispanserdə yatmaq, müalicə olunmaq adı ilə saxta yolla sənədləşdirir və sonra həmin şəxsi əlil adı ilə təqaüdə çıxardır. Və beləcə  dövlət büdcəsinə yüz minlərlə  ziyan vurur. 
Kimin şübhəsi varsa, redaksiyamıza təqdim olunan  siyahıya baxa bilər: 
1. Qasımov Camal Tapdıq oğlu,
2. Kazımova Aidə Alış qızı,
3. Əliyev Əli  Mirzə oğlu,
4. Ağayarov Ruslan Ziyadxan oğlu və s. 
Bəli, bu yolla  Baş həkim Təranə Məmmədova külli miqdarda pul qazanır, dövlət büdcəsini isə külli miqdarda ziyana salır. 
Bir soruşan yoxdur ki, bu qadın kimdir ki, ölkə qanunlarını saymır, bu boyda cinayət əməllərinə yol verir. 
Bəli,  Baş həkim Təranə Məmmədova hər yerdə deyir ki, arxamda  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov durub, mənə kimsə heç nə edə bilməz. 
Bəli, neçə illərdir Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi  və Səhiyyə Nazirlikləri  sövdələşərək  minlərlə vətəndaşı saxta yolla təqaüdə çıxarıblar. 
Bu dövlət büdcəsinə vurulan milyonlarla ziyan deməkdir. 
Məhz bu səbəbdən  sabiq  “əmək naziri”  vəzifəsindən azad edildi və üstəlik neçə ildir ki, həbsxana həyatı yaşayır. 
Səhiyyə naziri Oqtay Şirəliyev  isə vəzifəsindən çıxarılmaqla  canını qurtara bildi. 
Və  yeni  “əmək naziri”  olan cənab Sahil Babayev isə Səlim Müslümovun səhvlərini düzəldərək “paçka-paçka” əlili əlillikdən məhrum edir və özünü Kürdəxanı türməsinin kameralarında yaşamağa hazırlayır.
Beləcə, bu dairə qapanmaq bilmir. 
Elə bilirsiniz ki, ölkədə Təranə Məmmədova kimi baş həkimlər birdi, ikidi...? 
Bütün bunlar azmış kimi, mediada Təranə Məmmədovanın bir əməlindən də  bəhs edilir. 
Deməli, Təranə Məmmədova işə cangüdənlə, mühafizəçi ilə gəlib-gedir. 
Bir soruşan yoxdur ki, Təranə Məmmədova kimdir ki, “teloxranitel”   saxlayır..?
Görəsən, Təranə Məmmədova  cangüdənə maaşı hansı hesabdan ödəyir..? 
Bunlar bir yana qalsın...
Ağcabədi sakinləri yazır ki, Təranə Məmmədova dövlətin möhürünü cangüdənə verib. 
Bəli, sakinlər soruşanda ki, dövlətin möhürünü niyə can güdənə vermisən..? 
Baş həkim Təranə Məmmədova deyib ki, vallah özüm çatdıra bilmirəm. 
Bəli Təranə Məmmədovanın cangüdəni  kimə gəldi möhürləyib  “pandemiya  icazəsi”  verib. Və bu yolla külli miqdarda pul qazanıblar. 
İndi gördünüzmü, baş həkim Təranə Məmmədova təkcə əlillik-zəlillik sənədi vermir, həm də koronavirus  “pasportu” da  paylayırmış. 
Biz Gündəlik-Bakı olaraq  redaksiyamıza  daxil olan məlumatları ictimailəşdirdik. 
Qoy, hüquq-mühafizə orqanları ölçü götürsünlər. 
Ancaq onu da qeyd edək ki, Təranə Məmmədova ilə bağlı yeni informasiyalar redaksiyamıza daxil olmaqdadır. 
Araşdırmamız davam edir, mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Bilirsiniz Təranə Məmmədova Rafil Hüseynovla bərabər kimə arxayındır? Sahil Babayevin hörmətli müavini və yaxın qohumu Nəbi Muxtarovun qızı Mətanət xanıma. Bu haqda növbəti sayımızda.
(https://gundelik-baku.com/)








Xəbəri paylaş

5678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___