Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qarasu" əməliyyat şirkətində NARAZILIQ - Şikayət edəni cəzalandırırlar...
Tarix: 16-05-2022 | Saat: 11:25
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Aktual | çapa göndər


"Toxunulmaz Qarasu ƏŞ-nin keçmiş işçiləri yazdı: Sizə göndərdiyim keçən məktubda qeyd etmişdim ki, "Qarasu Əməliyyat Şirkəti"nin(QƏŞ) və "ŞİRVAN OİL" in Rəhbəri Vladimir Oleqoviç Davlyatovdan əvvəllər də "Qarasu Əməliyyat Şirkəti"ndə işləyən müharibə veteranları və sıravi işçilər tərəfindən kollektiv şəkildə şikayət ərizələri olub.(78nəfər, 36 nəfər və s.). Həmin məktublardan da əldə etsəm sizə göndərəcəm. İndi həmin məktublardan ikisini Sizə göndərirəm". DİA.AZ bildirir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

Daha sonra tanınmış hüquq-müdafiəçisi yazır:
"1) "Qarasu Əməliyyat Şirkəti"ndə işləyən 36 nəfər müharibə veteranları və sıravi işçilər tərəfindən 15.11.2020. tarixində yazılan məktub.
2) "Qarasu Əməliyyat Şirkəti"ndə işləyən 78 nəfər müharibə veteranları və sıravi işçilər tərəfindən 10.12.2020. tarixində yazılan məktub.
Qeyd etdiyim kimi bu məktublar da "Vətəndaşların müraciətlərinə baxilmasi haqqında" Qanuna zidd olaraq baxılmaq üçün V.O Davlyatovun özünə göndərilib. V.O Davlyatov isə bu işçilərdən istədiyi kimi qisas alıb. Ələlxüsus vəzifəsi olan işçilərdən.
Qeyd;Global Energy Azerbaijan Group (“GEA”) Azərbaycanda quruda neft hasilatıyla məşğul olan ən böyük xarici şirkət sayılır. GEA Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur- Absheron Operating Company, Binagadi Oil Company, Karasu Operating Company, Neftechala Operating Company və Shirvan Operating Company. GEA Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınmış GCM Global Energy, Plc şirkətinin filialıdır. Əvvəllər bu şirkət “Russneft”in offşor törəmə şirkəti kimi fəaliyyət göstərib. Sonradan isə adını dəyişərək “Global Energy” şirkətinə çevrilib. Global Energy-nin işlədiyi neft yataqlarından 10-u Abşeron yarımadasında, qalanları Kür vadisində yerləşir. Şirkətin Bakı filialının rəhbəri Rusiya vətəndaşı İqor Kirdodadır. Global Energy-nin sahibi isə çeçen əsilli Rusiyalı sahibkar Mixail Safarbekoviç Qutseriyevdir".



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...(DIA.AZ)

1


Xəbəri paylaş

4798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___