Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kim Çen Inın atom müharibəsi baş tutmur
Tarix: 23-08-2015 | Saat: 15:08
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

Kim Çen Inın atom müharibəsi baş tutmur
Bağlı qapılar arxasında dünyanın ən maraqla izlədiyi danışıqlar gedir.
Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya münaqişənin həlli ilə bağlı başlanmış danışıqları bərpa edib.

Xəbəraz ANS PRESS-in məlumatına görə, xəbər verir ki, avqustun 20-də qarşılıqlı silahlı atışmadan sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi. Koreya lideri Kim Çen In hətta cənub qonşusunu total müharibə ilə hədələmişdi. Dünya ictimaiyyəti yeni gərginləşməni narahatlıqla izləyirdi. İki ölkə arasında müharibə zamanı Kim Çen In atom silahından istifadə edə bilərdi. Çünki o, dəfələrlə bu cür hədələrdən istifadə etmişdi.

Danışıqlar hələ də davam edir və bağlı qapılar arxasında keçirilir. Kütləvi informasiya vasitələri üçün, demək olar ki, heç bir açıqlama verilmir.

Mütəxəssislərin fikrincə, tərəflər razılığa gələ bilməyəcəklər. Çünki müzakirə edilən mövzular hər iki tərəf üçün prinsipialdır və heç bir tərəf güzəştə getmək istəməyəcək.


Şimali və Cənubi Koreya nümayəndələri danışıq masası arxasında


Bildirilir ki, Şimali Koreyanın əsas tələbi Cənubi Koreyanın sərhəddəki səsgücləndiriciləri sökməsidir. Çünki bu yolla rəsmi Seul Şimali Koreyaya qarşı təbliğat aparır. Şimali Koreya isə dəfələrlə bəyan edib ki, Çənubi Koreyanın bu addımını müharibə elan edilməsinə bərabər tutur.

Xatırladaq ki, danışıqların ilkin mərhələsi şənbə günü axşam saatlarında başlayıb. 10 saatadək davam edən müzakirələr bazar günü səhər saat 5-də yekunlaşıb. Koreya Respublikasının perzident administrasyasının nümayəndəsi nəticələr haqqında danışarkən bildirib ki, görüş əsnasında tərəflər öz mövqelərini səsləndirib, hal-hazırki münaqişənin həlli yolları haqqında fikir mübadiləsi ediblər.


Xəbəri paylaş

6458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___