Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səkinə Sadıqovanın ad günündən FOTO-REPORTAJ... - Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqovanın ad günündə niyə “Kəmər gəlsin..” oxuyublar..?
Tarix: 06-05-2022 | Saat: 12:02
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Səkinə Sadıqovanın ad günündən  FOTO-REPORTAJ... - Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqovanın ad günündə niyə “Kəmər gəlsin..” oxuyublar..?

 Səkinə Sadıqovanın belindəki kəmər hansı imperatorun xanımına məxsusdur..? 

Dövlət məmuru ( modelyer ) Səkinənin ad günündən fotosessiysı...


2019-cu ildən  Sumqayıt Səhiyyə şöbəsinin müdiri  olan Səkinə Sadıqovanın əməlləri barədə  Gündəlik-Bakı olaraq  kifayət qədər konkret faktlara söykənən  araşdırma yazıları dərc etmişik. 
Sözün düzü, doktor Səkinə Sadıqova barəsində informasiya əldə etmək üçün ora-bura düşməyə ehtiyac da yoxdur. Çünki bu xanım hər gün özü barəsində bir eksklüziv  informasiya verməsə, sanki rahat ola bilmir. 
Bəli, 2 gün öncə Səkinə Sadıqova  öz ad günündə elə bir təmtəraqlı  məclis keçirib ki, məclisdə iştirak edənlərin dediyinə görə, heç İran şahı  Məhəmməd  Rza Pəhləvinin xanımı  Fərəh Pəhləvi ömründə özünə belə bahalı ad günü keçirməyib. 
İstər-istəməz  sual doğur ki,  dövlətdən konkret maaş alan Səkinə Sadıqova  belə bahalı məclisi hansı pulla keçirir..? 
Bu məqamda yadımıza  3-4  gün öncə  Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin hansısa şöbə müdirinin Londonda  10 milyona qəsr alması düşdü. 
Təsəvvür edirsiniz, nazirlikdə çalışan cavan şöbə müdiri, Londonda villa deyil ee, QƏSR alır. 
Bu adam nazir deyil, komitə sədri deyil, adi şöbə müdiridir. 
Deməli, sabah oxusanız ki, Sumqayıt Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıqova  Fransa kralının iqamətgahını alıb...qətiyyən təəccüblənməyin. 
Bəli, Səkinə Sadıqovanın ad günündə iştirak edənlərin dediyinə görə, məclis başlayan kimi müğənnilərdən biri “ Kəmər gəlsin..kəmər gəlsin ...”  oxumağa başlayıb. 
Qonaqlar elə bilib ki, müğənni “ Qəmər gəlsin..”  mahnısını səhvən “Kəmər gəlsin..”  kimi  oxuyur. Hətta bəziləri düşünüb  ki, bəlkə  söhbət Bakı-Ceyhan kəmərindən gedir. 
Amma...
Əmması odur ki, “Kəmər gəlsin...”in sədaları altında  Səkinə Sadıqovanın belinə  bağlanan  KƏMƏRİ görəndə qonaqlar hayıl-mayıl olublar. 
Kəmər nə kəmər..? 
Bakı-Ceyhan kəməri  Səkinə Sadıqovanın incə belinə bağlanan kəmərin yanında heç nə...
Bəli, məclis iştirakçılarının dediyinə görə, Səkinə Sadıqovanın belinə  bağlanan kəmərin qiyməti, misli-bərabəri yoxdur, ən azı milyonlardır. 
Çünki, Səkinə Sadıqovanın  belindəki kəmər  Rusiya İmperiyasının çarı II Nikolayin, həyat yoldaşının, imperatriçanın kəməri imiş.
Bəli, Səkinə Sadıqova  Romanovlar sülaləsinə məxsus  antikvar kəməri necə əldə edib, neçə milyon xərcləyib, bunu qoy dövlət qurumları araşdırsın...
Gündəlik-Bakıya  daxil olan məlumata görə, kəmər  713 min dollara başa gəlib.   
Hələ bu harasıdır..? 
Deyilənə görə  və fotolardan da görünür ki, Səkinə Sadıqova özünü  az qala 30 il cavanlaşdırıb. 
Və  məclis keçirilən müddətdə  Səkinə Sadıqova müxtəlif pozalarda, arxadan, qabaqdan, yandan  və s şəkillər çəkdirərək, əməlli-başlı fotosessiya keçirib. 
Görəsən, Sumqayıt boyda şəhərin  səhiyyəsinə rəhbərlik edən Səkinə Sadıqova başa düşmür ki, o modelyer-zad deyil ee...dövlət qulluqçusudur. 
Və dövlətin başçısı cənab Prezident İlham Əliyev öz ad gününü  məcburi köçkün, yaxud şəhid ailəsinin evində sadə  tərzdə keçirir. Amma...
Əmması odur ki, Səkinə Sadıqova kimi orta ranqlı bir məmur özünə az qala  şahzadələr kimi ad günü keçirir. 
Məlumatsız  oxucular düşünə bilər ki, Sumqayıt Səhiyyəsinin müdiri  Səkinə Sadıqova da bu qədər pul, sərvət haradandır...? 
Təkrarçılıq olsa da yazmağa məcburuq ki, uzun müddət ruhi dispanserdə yatan  Səkinə Sadıqova  Sumqayıtın “səhiyyə bakanı”  olan kimi bütün məsələləri biznes müstəvisinə  çevirib. Yəni bu adam üçün Sumqayıtın səhiyyəsi  sanki özəl biznesdir. 
Bəli,  Səkinə Sadıqova müdir olan kimi deyib ki,  Sumqayıtdakı bütün xəstəxanalarda işə düzəltmə, işdən çıxarılma, bir sözlə,  kadr məsələlərini mən özüm həll edəcəm. 
Səhiyyə tarixində belə bir hal olmayıb. Ki, hansı baş həkim Səkinənin qanunsuz əmrləri ilə razışalmırsa, o şöbə ləğv edilir. 
Beləcə, Səkinə Sadıqova  qısa vaxtda  kadr yerdəyişmələri, təqaüd yaşına çatan həkimlərin müddətinin uzadılması  adı altında yüz minlərlə pul yığır. 
Və hər kəsə də deyir ki, İctimai Tibbi Sığorta Agentliyindəki  departament rəhbəri Rəşad mənim dalımda durub, nə istəsək onu edə bilərik təki cibiniz dolu olsun. 
Sonra dövlətin Sumqayıt  səhiyyəsinə ayırdığı milyonlarla vəsait  Səkinə Sadıqovanın göstərişi ilə  ona yaxın MMC-lərə  tender  yolu ilə ötürülür. Və Səkinə Sadova onların hər birindən “otkat” alaraq  milyonçuya çevrilir. 
Məsələ  təkcə bununla bitmir. 
Qısa vaxt sonra Səkinə Sadıqova səhiyyə şöbəsinin tabeçiliyində olan  Sumqayıt Təcili Yardım Stansiyasının  avtomobil qarajının müdiri Kamranı çağırıb deyir ki, hansı sürücü işdə qalmaq istəyirsə, 1000 manatdan yığsınlar. 
Hələ bu harasıdır…? 
Səkinə Sadıqova  dövlətin Təcili Yardım Stansiyasının avtoqarajına ayırdığı  benzini, sürtkü yağlarını, avtomobil ehtiyyat  hissələrini satdıraraq  milyonlara sahib olur. 
Təcili yardım sürücülərinə isə deyir ki,  öz cibinizdən benzin, “zapçast”  alın. 
Və buna görə də  Sumqayıtda təcili yardım maşınları xəstə öləndən sonra mənzil başına çatırlar. 
Çünki təcili yardım şoferinin maaşı nədir ki, o həm benzin, həm sürtkü yağı, həm də “zapçast”  alsın…
Bəli,  təcili yardım şoferlərinin maaşı uzağı 700 manat,  həkimlərin maaşı isə 500-800 manat arasında ola bilər. 
Və üstəlik  Səkinə Sadıqova dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırır və deyir ki, dövlət xəstələrə dərman vermir.
Sözün qısası, indi bildinizmi, Səkinə Sadıqova  1 milyon dəyərində kəməri hansı pulla alıb..? 
Hansı pulla özünü 30 il cavanlaşdırıb..? 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MƏNBƏ;(https://gundelik-baku.com/)






Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
4-04-2017, 22:57 Pişik otunun faydaları

bütün xəbərlər
____ Instagram ___