Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
250 minlik Sumqayıt səhiyyəsinin şöbə müdiri Səkinə Sadıqova... - Mollanın inəyə dua yazması və Səkinə Sadıqovanın əməlləri...
Tarix: 23-04-2022 | Saat: 11:47
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

250 minlik  Sumqayıt  səhiyyəsinin  “xəstə”  şöbə müdiri Səkinə Sadıqova... - Mollanın inəyə dua yazması  və  Səkinə Sadıqovanın əməlləri...



Səkinə Sadıqova öz müavini Həsən Hüseynovu niyə qaralayıb..? 

Gündəlik-Baki  olaraq  2019-cu ildən Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri olan Səkinə Sadıqovanın bir çox əməlləri ilə bağlı  silsilə  yazılar dərc etmişik.
Yazılarımızdan birinin başlığı belə idi: 
“Sağlamlığı tutduğu vəzifəyə uyğun gəlməyən Səkinə Sadıqova...” 
Bəli, müdriklərimiz deyib ki, insanlar dəli olanda mollanın yanına gedib dua-zad yazdırar, bəs molla dəli olanda kimin yanına getsin. 
Yaxud  xəstə adam həkimə müraciət edir, bəs həkim xəstə olsa...
Sözün qısası, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri, yəni 250 min insanın SAĞLAMLIĞINA  məsul olan  Səkinə Sadıqovanın  sağlamlığı görəsən yerindədirmi..? 
Bu məqamda  folklorumuzda  geniş yayılmış bir lətifə-anekdot  yada düşür. 
İnəyi süd verməyən Səkinə adlı bir qarı mollaya müraciət edir ki, süd  verməyən inəyinə bir dua yazsın. Molla da yazır ki, Səkinə, ay Səkinə...
Nə isə, sözümüzün canı odur ki, Səkinə Sadıqovanın özünə dua yazan, onu müalicə edən lazımdır. Amma bu adamı 250 min insanın sağlamlığına nəzarət etməyə təyin ediblər...
Sözün qısası....axı, özü  xəstə olan adam 250 min  insanın sağlamlığına necə təminat verə bilər..? 
Bəli, Səkinə Sadıqova  Sumqayıt boyda şəhərin səhiyyə şöbəsinin müdiri olan kimi, vəzifə kreslosunu söykəyib  İcbari  Tibbi Sığorta Agentliyindəki  qrup rəhbəri Rəşada və ona arxayın olaraq  şəhərdəki  bütün xəstəxanaların baş həkimlərini  diz üstə çökdürüb. 
Səkinə Sadıqova  Suqayıtda istənilən xəstəxanada  rüşvət alaraq kadr dəyişikliyi edir, kimisə işdən çıxardır, kimisə işə təyin edir və...baş həkimlərin rəyi ilə hesablaşmır. 
Kimsə etiraz etmək istəsə, həmin xəstəxananı, yaxud şöbəni ləğv edir. 
Vallahi, heç  Səhiyyə naziri bu boyda əməllər edə bilməz. 
Səkinə Sadıqova dövlət tərəfindən xəstəxanalara ayrılmış  dərmanları, tibbi preparatları və s özəl apteklərdə satdıraraq  arxası-dayağı Rəşadla bölüşür. 
Hələ bu harasıdır..? 
Səkinə Sadıqovanın 70 min manat mətbəə blankı alması, dövlətin ayırdığı pulları mənimsəməsi  barədə çox yazmışıq. 
Adama deyərlər ki, 70 minlik  blank  sənin nəyinə lazımdır..? 
Səkinə Sadıqova  təkcə dövlətin səhiyyəyə  ayırdığı külli miqdarda vəsaiti mənimsəməklə, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırmaqla, həkimləri işdən çıxartmaq  adı ilə  külli miqdarda pul yığımaqla  kifayətlənmir. 
Həm də  Sumqayıt boyda şəhərin Təcili Tibbi Yardım Stansiyasını korrupsiya  mərkəzinə çevirib. 
Bəli,  Səkinə Sadıqova  Təcili Tibbi Yardım Stansiyasınının qarajına ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb mənimsəyir. 
Və təcili yardım maşınlarının sürücülərinə deyir ki, öz cibinizdən benzin, avtomobil hissələri alın. 
Yazıq xəstələr isə saatlarla, günlərlə təcili yardımın gələcəyini gözləyir. 
Bütün bunlar bir yana, Səkinə Sadıqova həm də saxta tenderlərin  maxinatorudur. 
Məlumdur ki,  son 2 ildir  səhiyyə sistemindəki  tenderləri ancaq İcbari Tibbi Sığorta İdarə edir. Səkinə Sadıqova isə Tibbi Sığortadakı  dayağı olan  qrup rəhbəri Rəşadın vasitəsilə Sumqayıt səhiyyəsinə dövlət tərəfindən ayrılan külli miqdarda vəsaiti öz yaxınlarına  tenderdə hədiyyə edərək, milyonlar qazanıb. 
İndi əlimizdə olan  sənədlər əsasında  Səkinə Sadıqovanın  keçirdiyi tenderlərə nəzər salaq.  
Deməli, redaksiyamıza  daxil olan sənədlərdən bəlli olur ki, Səkinə Sadıqova 2019-2020-ci illərdə 32 şirkətlə əməkdaşlıq edib, daha doğrusu, tender keçirərək 32 şirkəti qalib elan edib. Və 3 milyona  yaxın dövlət vəsaitini  özü bildiyi kimi xərcləyib. 
Bu barədə  detallı olaraq çox yazdığımız üçün  təfərrüata varmırıq. 
İndi  isə  redaksiyamıza daxil olan yeni bir məlumata nəzər salaq. 
Deməli, görünür, mediada yazılanları və vətəndaşların günbəgün artan şikayətlərini nəzərə alan  İcbari  Tibbi Sığorta Agentliyinin rəhbərliyi  Səkinə Sadıqovaya  savadlı, peşəkar tibb işçisi olan  Həsən Hüseynovu müavin təyin edib ki, Sumqayıt boyda şəhərin səhiyyəsində xaos yaranamasın. 
Həsən  Hüseynov əvvəllər  1 saylı Sumqayıt şəhər xəstəxanasının baş həkimi olub və təcrübəli, təmiz həkim kimi tanınır. 
Bu təyinat isə  Səkinə Sadıqovaya sərf etmir, çünki  çirkin əməllərini davam etdirməyə imkan olmayacaq. 
Ona görə də  Səkinə Sadıqova ətrafındakı özü kimi adamları işə salaraq öz müavini Həsən Hüseynovu qaralamaqla məşğuldur. 
Hətta şahidlərin dediyinə görə, Həsən Hüseynovun təyinatından sonra Səkinə Sadıqova özünü sanki dəli kimi aparır, bütün günü aqressiv olur. Bu isə təkcə kollektivdə deyil, həm də  Sumqayıt sakinləri arasında  ciddi narazılıqlara səbəb olur. 
Bəli, Səkinə Sadıqova gözəl bilir ki, müavini özündən qat-qat savadlı və...ən əsası nüfuzlu  şəxsdir.  Ona görə də öz müavininə problem yaratmaqla...ondan azad olmağa çalışır. 
Amma Səkinə Sadıqova bilmir ki, həbs olunmağın lap bir addımlığındadır. 
Yazıda müxtəlif saytların məlumatlarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
MƏNBƏ;(https://gundelik-baku.com/)







Xəbəri paylaş

4108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___