Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovun əməlləri… - Qasım Qasımovun balıq gölləri….
Tarix: 22-04-2022 | Saat: 12:15
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Mərkəzi  Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovun əməlləri… - Qasım Qasımovun  balıq  gölləri….



Qasımov  idarəyə məxsus  texnikanı icarəyə verərək yüz minlər qazanır..

Qasımovla Yol idarəsinin müdiri Astanovun şərikli balıq biznesi 



Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sturkturuna daxil olan  qurumlarda baş  verən qanunsuzluqlar, rüşvət və korrupsiya halları  barədə Gündəlik-Bakı olaraq  xeyli müddətdir ki, araşdırma yazıları dərc edirik. 
Təkrarçılıq olmasın, cənab Prezident İlham Əliyev  ASC-də baş verənləri qısa bir cümlə ilə belə bildirmişdi: 
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  verdiyi məlumata görə, su itkisi  40-50 faizdir, bu böyük rəqəmdir və bəzi hallarda  su itkisi adı altında mənimsəmələr var. 
Bəli, cənab Prezident konkret olaraq su itkisinin mənbəyini göstərib. 
Əlbəttə, 40-50 faiz su itkisi az qala Xəzərin yarısı  boyda su deməkdir. Bu necə itə, hara buxarlana bilər..? 
ASC-nin tabeşiliyində olan  Su idarələri  hamısı suyu fermerlərə, sahibkarlara, iş adamlarına sataraq milyonlar qazanıblar. 
Belə idarələrdən biri də İmişli rayonunun Qaradonlu kəndində yerləşən Mərkəzi  Muğan Kollektorunun İstismarı İdarəsidir. 
İdarənin rəisi  Qasım Qasımovdur. 
Qasım Qasımov  rəhbərlik etdiyi  dövlət müəssisəsinin texnikalarından şəxsi məqsədləri üçün istifadə edərək, külli miqdarda vəsait əldə edib. 
Belə ki, Qasım Qasımov idarəyə məxsus  texnikaları İmişlidə fəaliyyət göstərən qum-çınqıl karxanalarına qeyri-rəsmi icarəyə verərək 100 minlər qazanıb. 
Əvəzində isə  idarəyə məxsus  kollektorlar uzun müddətdir ki, təmizlənmir, lil içərisindədir. 
Elə bu səbəbdən də hər il fermerlər əkdikləri sahələrin suvarılmasında ciddi problemlər yaşayırlar. Hər il rayon ərazisində su qıtlığı yaşanır. 
Bütün bunlar isə  təsərrüfatlarda  məhsuldarlığın aşağı düşməsinə səbəb olur. 
Nəticədə  isə dövlət başçısı cənab İlham Əliyevin dediyi ərzaq bolluğu siyasətini Qasım Qasımov kimi məmurlar qulaqardına vururlar. 
Qasım Qasımovun cinayət əməlləri  təkcə su satmaqla bitmir ee…
İdarəyə dövlət tərəfindən verilən ehtiyat hissələri, yanacaq, benzin  və s  rayonda fəaliyyət göstərən benzindoldurma məntəqələrinə, eyni zamanda ehtiyat hissələrinin satışını həyata keçirən mağazalara satılmaq üçün verilir. 
Bu gün rayonda  Qasım Qasımovun özünün  böyük biznes şəbəkəsi var. 
Onu da qeyd edək ki, İmişlidə fəaliyyət göstərən  Regional Yol İdarəsinin rəisi  Şükür Astanovla  Qasım Qasımovun şərikli balıq biznesi var. 
Bəli,  bu iki dövlət məmurunun 10-a yaxın balıq yetişdirmə gölləri var. Bu göllərin  suyunu isə Qasım Qasımov təmin edir. 
Qasım Qasımov idarəyə məxsus olan  texnikanı, avadanlıqları  kağız üzərində silərək, başqa  qurumlara verir. 
Eyni  zamanda  dövlətin ayırdığı külli miqdarda  vəsaiti mənimsəmək üçün  saxta tenderlər keçirərək, müxtəlif MMC-lərdən  “otkat” alır. 
Qasım Qasımov rayonda fəaliyyət göstərən sahibkarlara, iş adamlarına, fermerlərə  suyu özünün müəyyən etdiyi  tariflə satır. 
Və hər mövsümdə  suyun qiymətini qaldırır. Bu isə sahibkarlar, fermerlər arasında narazılığa  səbəb olur. 
Vaxtilə  Qasım Qasımovla bağlı baş vermiş məsələni də qeyd etməyə dəyər. 
Belə ki, ASC-yə məxsus müəssisələrin rəhbərləri  rayonda fəaliyyət göstərən bankların birindən müəyyən məbləğ Azərbaycan manatını 20 000 avroya dəyişdikləri haqqda mediada məlumat yayılmışdı. Guya həmin məbləğ  yuxarılara çatdırılmalı  imiş. 
Bax, həmin xəbərdə adı ən çox hallandırılan şəxs  Qasım Qasımov olub. 
Bir sözlə, Qasım Qasımov rayonda oliqarx kimi tanınır.
Və icra başçıları  dəyişsə də Qasım Qasımov hər dəfə rayonda icra başçılarının gözbağlayıcısı  olub. 
Və pul siyahılarının başında həmişə birinci  yerə Qasım Qasımovun adı yazılıb.
Bütün bunlar azmış kimi Qasım Qasımov dövlət idarəsini öz şəxsi şirkəti kimi idarə edir. 
Və uzaq-yaxın qohumlarının, dostlarının adını idarədə işçi kimi qeyd edərək hər ay onlara əmək haqqı verir.
Görəsən,  Qasım Qasımovun bu cinayət əməllərindən SC-in yeni sədri   cənab Zaur Mikayılovun xəbəri varmı..? 
Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MƏNBƏ;(https://gundelik-baku.com/)







Xəbəri paylaş

4198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___