Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Abbasov “Microsoft”un vitse-prezidenti ilə görüşdü
Tarix: 22-08-2015 | Saat: 16:11
Bölmə:M / Karusel / Gündəm / Texnologiya | çapa göndər

Əli Abbasov “Microsoft”un vitse-prezidenti ilə görüşdü
Perspektivli əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Microsoft” şirkətinin vitse-prezidenti, dövlət sektoru ilə iş üzrə rəhbəri xanım Trudi Norris-Qreylə görüşüb.

Xeberaz.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, görüşdə Azərbaycanda “Microsoft” şirkətinin mövcud əlaqələri və perspektivli əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Trudi Norris-Qrey ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdıraraq “Microsoft” şirkətinin Avropa Oyunlarının tərəfdaşlarından biri olduğu üçün məmnuniyyətini ifadə edib.

Nazir Əli Abbasov öz növbəsində “Microsoft” şirkəti ilə mövcud olan əməkdaşlığın yüksək səviyyədə olduğunu, o cümlədən ilk Avropa Oyunları zamanı təqdim etdiyi qabaqcıl texnologiya və keyfiyyətli xidmətlərə görə təşəkkürünü bildirib.

Görüş çərçivəsində “Microsoft” şirkəti ilə bulud texnologiyaları, kibertəhlükəsizlik, elektron hökumət sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib və Azərbaycanda Uptime İnstitutunun qiymətləndirməsinə görə TIER 3 səviyyəli Data Mərkəz vasitəsilə “Microsoft” şirkətinin bulud texnologiyaları əsasında yeni xidmətlərin tətbiqi üzrə tədbirlərin görülməsinin nəzərdə tutulduğu qeyd edilib.

Sonda tərəflər cari ilin dekabr ayında Azərbaycanda keçiriləcək “BakuTel-2015” sərgi-konfransında “Microsoft” şirkətinin iştirakı məsələsini müzakirə ediblər.


Xəbəri paylaş

6378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___