Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qanunsuzluq edən 21 saylı Notariat kontoru Daxil Kərimovun HAKİM olmaq eşqi…- Saxta sənət verən şəxs necə HAKİM ola bilər ?
Tarix: 11-04-2022 | Saat: 14:55
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Qanunsuzluq edən 21 saylı Notariat kontoru Daxil Kərimovun HAKİM olmaq eşqi…- Saxta sənət verən şəxs necə HAKİM ola bilər ?





Şirvanın sabiq, Nərimov rayonu 21 saylı notariat kontorunun indiki notariusu Daxil Kərimovun əməlləri

Görəsən, Daxil Kərimov Bakıda, Hacıqabulda mülkləri, Cəlilabadda torpaq sahələrini hansı pulla alıb..?  


Müdriklərin yaxşı  bir sözü var:
Qaşına-qaşına, gəlib çıxdı ocaq başına…
Söhbətimizin məğzi odur ki, uzun illər Şirvanda notarius işləyən, hazırda paytaxt Bakı şəhərində xüsusi notarius vəzifəsini daşıyan Daxil Kərimov  deyəsən məhkəmə hakimi olmaq eşqinə düşüb.
Ona görə,  “qaşınmaq”  məsələsini yazının başlığına çıxardıq. 
Sözün qısası,  Daxil Kərimov  uzun illər  saxta notarius  fəaliyyəti ilə vətəndaşlardan yığdığı pulların hesabına indi də hakim olmaq  istəyir.  
Əslində niyə də olmasın ..? 
Guya məhkəmə hakimi olanlar  Daxil müəllimdən savadlıdırlar..,? Amma...
Yəni məhkəmə-hüquq sistemimiz elə FƏLAKƏTLİ durumdadır ki, istənilən təsadüfi adamın orada söz sahibi olması mümkündür…
Hər gün oxuduğumuz məhkəmə prosesləri, çıxarılan qətnamə və qərarlar  adamı dəhşətə gətirir. 
Daxil  Kərimov da düşünür ki, niyə filankəslər məhkəmə hakimi ola bilir, mən yox..?
Rüşvət almağın yolunu, saxta sənədləri möhürləyib dövlətin adından sırımağı, başqasının əmlakını ələ keçirməyi, hətta 2 uşaq anasının adına  saxta etibarnamə ilə 50 min kredit götürüb bölüşdürməyi və digər əməlləri bilirəmsə, niyə məndən hakim olmasın..? 
Əslində hakim olmağın əsas kriteriyaları  yuxarıda sadaladıqlarımız deyildir. Hakim olmaq üçün bütün kriteriyalar ödənməlidir. Keçmişlə yanaşı bütün görülən işlərin hamısı təqdirəlayiq olmalıdır. 
"Bunlar da Maşallah Daxil Kərimovda artıqlaması ilə…"
Məlumat üçün qeyd edək ki, Gündəlik-Bakı olaraq ölkəmizdə fəaliyyət göstərən  dövlət və fərdi (özəl) notarius kantorlarındakı vəziyyətin  dözülməz olması barədə  dəfələrlə  araşdırma yazıları dərc etmişik. 
Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı  notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi  hala çevrilib. 
Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir. 
Məlum olur ki, hansısa  notariat  kantoru   saxta  sənəd verərək  vətəndaşın mülkiyyət hüququnu  pozub. 
Daha dəqiq desək,  notariat kantorlarda alqı-satqı  prosesində saxtakarlığa  yol verilib.
Bu hələ  harasıdır..?
Vətəndaşa bir də məlum olur ki, onun avtomobilini  notarius  vasitəsilə kiməsə  satıblar…
Belə  xüsusi  notariuslardan biri də məhkəmə hakimi  olmaq istəyən  Daxil  Kərimovdur. 
Bu adam vaxtilə Şirvanda notarius  vəzifəsində işləyib. 
Media üzərindən apardığımız araşdırma  zamanı bu adamın barəsində nə qədər  şikayətlərə rast gəldik. 
Vətəndaş  yazır ki, qızımın evini  onun xəbəri olmadan  banka girov qoyublar. 
Deməli,  ev sahibinin qaynı  saxta  sənəd  tərtib edərək  notarius   Daxil Kərimova təsdiq etdirib  və evi girov qoyaraq  bankdan böyük məbləğdə  kredit götürüb. 
Təsəvvür edirsiniz  evin sahibinin  bu cinayət əməlindən xəbəri yoxdur. Notarius  Daxil Kərimov isə deyir ki, mənim heç bir günahım yoxdur. 
Bu adamdan soruşan lazımdır ki, sən vətəndaşın adından saxta  etibarnaməni  təsdiq edəndə bilmirdin ki, bu cinayət əməlidir..? 
Daxil Kərimov  ev sahibinin qaynı ilə sövdələşib  saxta etibarnamə ilə  bankdan 50 min manat kredit götürüb bölüşdürəndə nə fikirləşirdi..? 
Bəli, Daxil Kərimov indi  iki uşaq və bir ananın  başına faciə gətirib. 
Belə ki, vaxtında  verilməyən və hazırda  57 min olan kreditə  görə,  bank  məhkəmə vasitəsilə  ana və 2 övladını evdən çıxarıb bayıra atıb. 
Təsəvvür  edirsiniz  məhkəmədə işə baxan hakim 4-cü dəfə  notarius  Daxil Kərimovu  məhkəməyə dəvət edir ki, izahat versin. 
Amma  Daxil Kərimov hətta məhkəməni  sayıb  prosesə gəlmir. 
Gör bu insan nə dərəcədə  həddini aşıb ki, hər yerdə deyir ki, mən Daxiləm heç kimdən çəkinmirəm… (amma biz tərəflərdə daxıl sözünün mənası çox yaxşı qiymətləndirilir).
Qanunsuz yolla qazandığın pulların hesabına Hacıqabulda, Bakı  şəhərində  mülklərin, obyektlərin…
Biz hələ Cəlilabaddakı  torpaq sahələrini, ticarət obyektlərini demirik…
Görəsən, Ədliyyə Nazirliyi  Daxil Kərimovun hansı xoş əməllərinə görə, onu hətta Bakıda işlə təmin edib..? 
Çünki bu adam notariusdan çox, sanki kommersantdır. Özü də əyri yollarla qazandığı pulların hesabına. 
İndi özünüz  deyin, Daxil Kərimovdan məhkəmə hakimi olar, yoxsa, yox..?
Əlbəttə,...? 
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə:https://gundelik-baku.com






Xəbəri paylaş

5238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___