Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Metronet” şirkəti vətəndaşları necə aldadır..? - Şirkətin fiber optik internet xətti çəkən ustaları bazarda kartof satanlardan az bilir…
Tarix: 02-04-2022 | Saat: 12:41
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

“Metronet”  şirkəti vətəndaşları necə aldadır..? -  Şirkətin fiber optik internet xətti çəkən ustaları bazarda kartof satanlardan az bilir…



İnternetin  həyatımızın  bir hissəsinə çevrilməsi ilə  bağlı dünənki yazımızda  qısaca da olsa bəhs etmişdik. 
Yəni bunu  hətta hər gün internet vasitəsilə “iqra”  oynayan uşaqlar da dərk edir.  Amma…
Əmması odur ki, hazırda dünyanı bürüyən  koronavirus pandemiyası  interneti  həyatımıza, üzr istəyirəm elə pərçim elədi ki…
Artıq  ənənəvi müəllim-şagird, müəllim-tələbə, həkim-xəstə, satıcı-alıcı, vəkil-müvəkkil  və s  münasibətləri  canlı  formadan online  formasına keçdi. 
Yəqin ki, hələ uzun illər  ONLİNE forması davam edəcək, bəlkə də sonadək. 
Sözümüzün canı odur ki, artıq bağça uşaqları, orta məktəb şagirdləri  dərslərini online qaydada keçirlər. 
Bizim ölkəmizdə isə  internetin sürəti, ruslar demişkən, hamilə tısbağa ( beremennaya çerepaxa )  sürətindədir. 
Yazıq şagird, yaxud müəllim,  belə internetlə necə  dərs keçə bilər..? 
Belə məqamda Metronet  şirkəti öz saytında və facebook səhifəsində  şagirdlərə müraciət edir: 
Dərslərinizə Metronet ilə qatılın, mövzulardan kənar qalmayın! 
Ayda sadəcə 15 AZN ödəməklə Fiber Optik internet xidmətimizdən yararlanın.
Zəif internetdən uzaq olun...dərslərinizə  mane olmasın...
Vallah, sadəcə, ayıbdır ee…
Yaxşı,  şagirdin ailəsi indiki çətin durumda  ayda 15 AZN tapıb sənə ödədi. 
Bəs, sən onu normal internetlə təmin edə biləcəksənmi..? 
Deyirsiniz, zəif internetdən uzaq olun…
Guya  sizin şirkətin verdiyi internet sürətlidirmi..? 
Yeri gəlmişkən, şirkətlə bağlı qısa bir məlumat verək. 
«Metronet» şirkəti ən yaxşı FTTH (evədək fiber optik), FTTP (tikiliyə qədər fiber optik), FTTC (paylaşdırıcı qutuyadək) tipli qərarlar təqdim edir. Bunlar şirkətlər və fərdi istifadəçilər üçün tammiqyaslı, kompleks, standartlara əsaslanan qərarlardır. İstifadəçilərə saniyədə 20 Mbitdən 100 Mbitədək sürətli qoşulma imkanı təqdim olunur.
Siz  Metronetlə bir xəttlə  həm televiziya, həm də telefon  xidmətlərindən istifadə edə  bilərsiniz. 
Metronet həm də online ödənişlər üçün  optimaldır.  
ADSL (Asymmetric Digital Subscriber Line – “assimmetrik rəqəmli abunəçi xətti”) texnologiyası bazasında İnternetə giriş xidməti məlumat ötürülməsinin sürətinə və keyfiyyətinə yüksək tələblər qoyan həm xüsusi müştərilər, həm də fiziki şəxslər üçün ən optimal qərardır.
Oxudunuzmu, guya ən OPTİMAL qərardır. 
Bütün bunlar  şirkətin  metronet.az   saytında yazılan bər-bəzəkli sözlərdir. 
Amma dünən Gündəlik-Bakıya zəng edən Xətai sakini deyir ki, Avropanı qarış-qarış dolaşıb  Bakıya gəlmişəm. 
Xətai rayonundakı evimdə həmişə  Xətai rayon telefon qovşağının internetindən istifadə etmişəm. Heç vaxt da narazı qalmamışam. 
Sadəcə,  yeni televizor aldığım üçün  yeni internet xəttinin çəkilməsinə görə,  Metronet şirkətinə müraciət etdim. 
Mən deyilən  qaydada  pulunu ödədim…Şirkrətin dediyi aparatları aldım…
Şirkətin işçiləri səhər saat 9-dan axşam saat 6-ya qədər əlləşərək  guya evimə televizor  üçün internet xətti çəkdilər. 
Amma  axşam mənə bəlli oldu ki, evimdə internet yoxdur. 
Mənim evimdə internet quraşdıran  Natiq və Bəhram adlı şəxslərin mobil telefonuna nə qədər zəng etsəm də  telefonu açmadılar. 
Mən məcbur olub binanın komendantından xahiş etdim ki, həmin şəxslərə zəng eləsin. 
Nəhayət  həmin şəxslər telefonu açdılar  və mən onlara başa saldım ki, evimdə internet yoxdur, gəlin, problemi həll edin…
Şikayətçi   deyir ki, nəhayət şirkət  bir nəfər cavan oğlanı göndərdi. 
Amma yenə də mənim evimin internet problemi həll olunmaz qalıb. 
Şikayətçinin dediklərindən bəlli olur ki, Metronetin  işçiləri bazarda kartof, soğan satanlardan heç cürə fərqlənmir. 
Bunlar fiber optik  internet ustalarından çox  bazarda  araba basanlara oxşayırlar. 
Sözün qısası, Azərbaycanda  müxtəlif şəxslər provayder sahibi olaraq milyonlar qazanır, amma internetimiz yuxarıda dediyimiz kimi  hamilə tısbağa  sürətilə irəliləyir. 
Görəsən, bütün bunlara cavabdeh olan, nəzərət etməli olan qurumlar nə fikirləşir..?
Ümumiyyətlə, uzun bir adı olan “Rabitə”  nazirliyinin rəhbərliyi  bu rəzaləti görmür..? 
Əgər görürsə, niyə tədbir görmür…?
Yazı konkret şikayətçinin dedikləri əsasında hazırlanıb.(N.R) 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
(https://gundelik-baku.com/)






Xəbəri paylaş

3968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___