Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Hər gün üçün “Leyla Medical Center”xəstəxanasında bizdən 2400 manat pul istəyirlər" - Şəhid Anası kömək istəyir
Tarix: 22-03-2022 | Saat: 12:04
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər



Cəlilabad rayon sakini, şəhid pilot Rüstəm Rüstəmovun anası Xanımqız Rüstəmova ünvanladığı məktubunda Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyib.

Şəhid pilotun anası oğlu Şəmsəddin Rüstəmovun bıçaqlanaraq hazırda xəstəxanada ölümlə üz-üzə qaldığını bildirib.

Müraciətdə deyilir:

Hörmətli Mehriban xanım!

Üç oğul anasıyam. Böyük oğlum Rüstəm Rüstəmov pilot idi və Azərbaycan Respublikasının suverenliyi uğrunda qəhrəmancasına şəhid oldu. İkinci oğlum Şəmsəddin Rüstəmov əlildir. Kiçik oğlum Elməddin Rüstəmov isə Cəlilabad rayon Polis Şöbəsində işləyərək maaşıyla bizi dolandırır. Həyat yoldaşım da bir neçə il öncə dünyasını dəyişdi.

Oğlum Şəmsəddin Rüstəmov bu il yanvarın 16-da əvvəlcədən əlbir olaraq Sarıbala və onun oğlu tərəfindən namərdcəsinə bıçaqlanıb. Bıçaqlanma nəticəsində Şəmsəddinin mədəaltı vəzi zədələnib və buna görə Cəlilabad Mərkəzi Xəstəxanasında iki dəfə əməliyyat olunub. Daha sonra mədaltı vəz (pankryas) ağır fəsadlar verdi. Nəyimiz varsa, satdıq və ümumilikdə Şəməsəddinin müalicəsinə 50 min manat pul xərcləmişik. Artıq satacağımız heç bir şey qalmayıb, çarəsiz vəziyyətdəyik.

Martın 9-dan sonra isə Şəmsəddini Azərbaycanın heç bir dövlət xəstəxanası, professoru qəbul etmədi. Məcbur qalıb martın 10-da Şəmsəddini “Leyla Medical Center” xəstəxanasına yerləşdirdik və bir həftə orda yatmağına görə xəstəxanaya 23400 (iyirmi üç min dörd yüz) manat, Bakı Sağlamlıq Mərkəzinə isə 5 min manat pul verdik ki, qanaxmanı dayandırsınlar və Şəmsəddini sağaltsınlar. Oğlumun vəziyyəti isə daha da ağırlaşıb, onu hazırda “Leyla Medical Center” xəstəxanasına yerləşdirmişik və hər gün üçün xəstəxanada bizdən 2400 manat pul istəyirlər.

Hörmətli Mehriban xanım!

Mən artıq ikinci dəfə övlad itkisinin acısını yaşamaq istəmirəm. Sizdən bir çarəsiz şəhid anası kimi xahiş edirəm ki, oğlumun müalicə xərclərinin Dövlət Tibbi Sığorta və Heydər Əliyev Fondu tərəfindən qarşılanması üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.
Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm”.(Moderator.az)


Xəbəri paylaş

4538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___