Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ziyafət Əsgərov: Azərbaycan nümunə göstərməlidir
Tarix: 21-08-2015 | Saat: 12:57
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

Ziyafət Əsgərov: Azərbaycan nümunə göstərməlidir
“Seçkilər ən yüksək səviyyədə, şəffaf keçirilməlidir”

Bəzən bizə elə gəlir ki, hər şeyi bilirik. Elə deyil, yenə öyrənməliyik. Çünki yeni texnologiyalar, normalar meydana gəlir.

Xeberaz.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z. Əsgərov bildirib ki, seçki hüquqlarının həyata keçirilməsi Azərbaycan dövlətinin mahiyyətinə xas olan keyfiyyətdir:

“Azərbaycan demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu hüquqların reallaşdırılması baxımından çox mühümdür. Mən əminəm ki, bu günə qədər keçirilən seçkilər Azərbaycanın qoşulduğu bütün sənədlərin tələblərinə uyğun gəlir.

Ancaq hər gün Seçki Məcəlləsinin tələblərini daha çox mənimsəməliyik ki, artıq söz-söhbətlərə ehtiyac qalmasın. Çalışmalıyıq ki, növbəti parlament seçkisində də Azərbaycan bir nümunə göstərsin. Seçkilər ən yüksək səviyyədə, şəffaf keçirilməlidir”.

Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları il iş şöbəsinin müdiri Zeynal Nağdəliyev öz növbəsində deyib ki, son seçkilər idarə və aşağı seçki komissiyalarının fəaliyyətlərini yüksək səviyyədə qurduğunu göstərir.

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində insanların həyat şəraiti yaxşılaşıb və insanlar bu şəraiti, uğurları itirmək istəmirlər. Sabah daha yaxşı olmalıdır və insanlar bunun üçün səs verirlər. Bizim də məqsədimiz odur ki, səsvermədə qanun pozuntusuna yol verilməməsini təmin edək. Prezidentin tələbi odur ki, seçkilərdə şəffaflıq təmin olunsun”.

Z. Nağdəliyev seçkilərdə bütün siyasi partiyalara bərabər şərait yaradılmalı olduğunu qeyd edib:

“Dairənin hər birində təbliğat və təşviqat üçün açıq və qapalı yerlər var. Olmayan dairələrdə də təbliğat və təşviqat üçün belə yerlər ayrılacaq”.



3778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___