Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ukrayna XİN başçısı: "Volodimir Zelenski rusiyalı həmkarı ilə görüşməyə bu gün də hazırdır"
Tarix: 18-03-2022 | Saat: 10:41
Bölmə:M / Karusel / Siyasət | çapa göndər





"Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə bu gün də görüşməyə hazırdır. Onun mövqeyi aydın və konkretdir”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
"Ukrayna və Rusiya nümayəndə heyətlərinin həll edə bilməyəcəyi bəzi məsələlər var. Onlar gündə 25 saat danışa, müzakirə apara bilərlər, lakin bəzi qərarları qəbul etmək onların səlahiyyətində deyil. Biz öz işimizi görməyə, yəni danışıqlarda mövqeyimizin mümkün qədər güclü olması üçün çalışmağa davam edirik. Müdafiə qüvvələrimiz də öz işini görür, Rusiyaya sanksiyalar da tətbiq olunur”,- o deyib.
Kuleba həmçinin Ukrayna və Rusiya Prezidentlərinin görüşünün yeri barədə suala münasibət bildirib: "Bu görüşə ev sahibliyi etmək üçün namizəd ölkələr var. Deyə bilərəm ki, prezidentlərin görüşə ev sahibliyi etmək uğrunda rəqabət Olimpiya Oyunlarına ev sahibliyi etmək naminə mübarizədən daha güclüdür”.


Xəbəri paylaş

2518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___