Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu məktəbdə nələr baş verir ki?.. - Jurnalistlərin girişi qadağan edilib...
Tarix: 07-03-2022 | Saat: 11:54
Bölmə:M / Karusel / Gündəm / Təhsil / Araşdırma | çapa göndər




Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Masallı rayonunda olan S.Hacıyev adına Viləş kənd tam orta məktəbində dərs keçirilmir və bunun üçün yuxarı sinif şagirdləri repititor yanına getdikləri üçün dərsə gəlmirlər. Tək şagirdlər yox, heç həmin məktəbin texniki işçilər də işə gəlmir.Bu barədə azinfo.tv saytı məlumat yayıb.

Biz sözü gedən məsələni araşdırmaq üçün 04 mart 2022-ci il tarixdə əməkdaşlarımız sözügedən məktəbdə olub və məsələni oranın direktoruna danışlb. Direktor isə bildirib ki, Masallı rayon təhsil şöbəsinin direktoru Tariyel Əkbərov bizə tapşırıb ki, məktəbə jurnalist buraxmayın və bunun üçün neçə gəlmisiniz elə də qayıdın. Və hətta əməkdaşlarımız orada olan zaman direktor telefon vasitəsilə Tariyel müəllimlə əlaqə saxlayıb və jurnalistlərin məktəbə gəldiyini bildirib. Tariyel isə yenə həmin sözü bildirib ki, onları məktəbə buraxmayın və icazə yoxdur şikayəti araşdırmağa. Hələ oradaca əməkdaşımız sözü gedən yerdən Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarovayla əlaqə saxlayıb və o da, Tariyel deyən sözü əməkdaşımıza bildirib. Görünür Masallıda olan bir qrup məmurlar jurnalistlərin peşə fəaliyyətinə mane olurlar və öz bildiklərini edib Dövlət Başçısı cənab İlham Əkiyevin dürüst siyasətinə qarşı çıxırlar.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Xəbəri paylaş

5178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___