Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ukrayna kəşfiyyatı Rusiyanın planlarını ələ keçirib - ŞOK PLANDA nələr var? - FOTO
Tarix: 06-03-2022 | Saat: 11:09
Bölmə:M / Karusel / Siyasət / Gündəm / Foto-fakt | çapa göndər

Ukrayna kəşfiyyatı Rusiyanın planlarını ələ keçirib 



Ukrayna Təhlükəsizlik Xidməti Kremlin Ukrayna ilə bağlı planlarını ələ keçirib.
Bu barədə xidmətin yaydığı məlumatda deyilir.
Bildirilib ki, Qərbi Ukraynada yeni “xalq respublikaları” yaratmaq planlarının üstü açılıb:
“Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, “Ukrayna Federativ Respublikası”na aşağıdakı ərazilər daxil olmalı idi: Lvov, Transkarpatiya, İvano-Frankovsk, Çernivitsi, Ternopil”.
Qeyd olunub ki, məqsəd nizami ordu tərəfindən nəzarətdə saxlanıla bilməyən ərazilərdə Ukrayna hərbçilərinin vəziyyətini sarsıtmaq, silahlı qüvvələri dəstəkdən məhrum etmək olub:
“Ukrayna Təhlükəsizlik Xidməti İvano-Frankovsk vilayətində şəbəkənin təşkilatçısı və əsas fiqurlarını saxlayıb. Kəşfiyyat xidmətinin məlumatına görə, qərb və mərkəzi bölgələrdə onlar yarım mindən çox vətən xaini toplamalı idilər.
Silahlı separatçılar əsas təhlükəsizlik qüvvələrini və hökumət rəsmilərini məhv etməli idilər”.
Vurğulanıb ki, Ukrayna Təhlükəsizlik Xidməti təşkilatçının üzərində Ukrayna ordusu, təhlükəsizlik qüvvələri və mülki şəxsləri onlara qoşulmağa çağıran hazır manifestlər tapıb. Bundan başqa, yeni “anklav”ın tanınması tələbi ilə xarici dövlətlərə müraciət də aşkarlanıb.
Hazırda istintaq hərəkətləri aparılır.
Cinayət Məcəlləsinin 109-cu (Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya devirməyə və ya dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər) maddəsinə əsasən, satqın və onun əlaltılarını 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.














Xəbəri paylaş

5508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___