Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təhsilimizin başına DAŞ salan məktəb direktorları…- 13 saylı məktəbin direktoru Yaqut Sadıqovanın əməlləri…
Tarix: 03-03-2022 | Saat: 12:56
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Təhsilimizin başına DAŞ salan məktəb direktorları…- 13 saylı məktəbin direktoru Yaqut Sadıqovanın əməlləri…



Son  10 ildə neçə təhsili naziri gəlib-gedib….

Təhsilimizdə  irəliləyiş varmı..?

13 saylı məktəbin direktoru Yaqut Sadıqovanın pafoslu çıxışları…


Orta məktəblərimizdəki  acınacaqlı durum  bu gün ən ciddi problem hesab edilir. 
Təsəvvür edirsiniz,  məktəb direktoru  şagirdə təcavüz edir, şagirlər arasında nəinki  tütün məhsulları, hətta narkotik  istifadəçiləri də var. 
Bütün bunlar azmış kimi,  məktəb direktorları hər ay  müəllimlərin əmək haqqından  pul kəsib  icra hakimiyyətinə çatdırırlar. Məktəblərdə  xeyli sayda ölü canlar,  işə gəlməyən texniki işçilər var. 
Sözün qısası,  orta məktəblərimzdəki  vəziyyət  cəmiyyətin gələcəyi ilə bağlı  ciddi addımlar atmağı tələb edir. 
Son 10 ildə neçə təhsil naziri dəyişib ? 
Faydası olubmu..? 
Hər gələn nazir də  öz dost-aşnasını yığıb gətirib Təhsil Nazirliyinə doldurub. 
Təsəvvür edirsiniz, bu gün Təhsil Nazirliyində  1 nəfər də olsun  pedoqoji təhsilli  rəhbər işçi yoxdur, əksəriyyəti  “Narxoz”un  keçmiş tələbələridir. 
Bir soruşan yoxdur ki, “Narxoz”  hara, Təhsil Nazirliyi hara?
Kimi danışdırırsan, deyir ki, bizə MENECER lazımdır...
Onda  baytar-meneceri aparın qoyun Tibb Universitetinə rektor, yaxud  meneceri  qoyun Ali Məhkəməyə sədr...
Bir sözlə, məktəblərimizlə  bağlı  xırda bir araşdırma aparmaq istədik. Və Yasamal rayonunda yerləşən, Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbin direktoru Yaqut Sadıqovadan başladıq. 
Qısa məlumat üçün qeyd edək ki, Yaqut xanım Sadıqova 1964-cü ildə Laçın şəhərində anadan olub. 1981-ci ildə Laçın şəhər 1№-li orta məktəbini bitirib. Ali təhsilli riyaziyyat müəllimidir.
Əmək fəaliyyətinə uşaqlarla iş aparan təlimatçı kimi başlamış, sonrakı dövrlərdə müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, metodist, inspektor və 1998-2002-ci illərdə 179 saylı məktəbdə direktor vəzifələrində çalışıb. 2002-ci ildən 2014-ci ilə qədər 83 №-li məktəb-liseydə direktor vəzifəsində çalışıb. 2014-cü ildən Yasamal rayonu 13 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışır.
Hər dəfə  təhsil naziri dəyişəndə  Yaqut Sadıqova  məktəb direktoru vəzifəsindən uzaqlaşdırılır. Amma...
Əmması odur ki,  az müddət sonra hansısa sirrli əl  Yaqut Sadıqovanı  başqa bir məktəbə direktor təyin olunmasına nail olur. 
Adını da qoyurlar ki, guya rotasiya edirik...
Bəli, yixarıda qeyd etdiyimiz kimi, orta məktəblərdə siqaret çəkənlər, narkotik istifadəçilərinin sayı artır. 
Hətta  deputatlarımızdan biri Milli Məclisin tribunasından deyir ki, son zamanlar orta məktəblərdə qızlar arasında siqaret çəkənlərin sayı çoxalıb.
Millət vəkili bildirib ki, Azərbaycanda siqaret çəkən qadınların sayı artmaqdadır:
“Orta məktəblərdə siqaret çəkən qızlar da var. Bu baxımdan orta məktəblərdə buna qarşı kəskin mübarizə aparılmalıdır. Əvvəllər biz buna Rusiya, MDB, Avropa ölkələrində daha çox rast gəlirdik. İndi Azərbaycanda da qadınların siqaretə meyli artıb. Bunun qarşısını almaq üçün təkcə biz valideynlər yox, həmçinin orta məktəblərdə də ciddi nəzarət artırılmalıdır. Siqaretin əks-təbliğat mexanizmi gücləndirilməlidir”.
Bəs görək,  məktəb direktoru  Yaqut Sadıqova  nə deyir..? 
13 saylı məktəbin direktoru  Yaqut  Sadıqova deyir ki, mən direktor təyin olunana qədər 13 saylı məktəbdə siqaret çəkənlər çox olub: “ Mən məktəbin həyətindən kənarda da şagirdlərə siqaret çəkməyi qadağan etmişəm”. 
Görəsən, məktəb direktoru  Yaqut  Sadıqovanın sehrli çubuğu-zadı  var..? 
Yaqut  Sadıqovanın  bir pafoslu  çıxışına da rast gəldik. 
Deməli,  Yaqut  xanımın məktəbində  “Kiçik Akademiya”  fəaliyyət göstərir.
Və  Yaqut Sadıqova deyir ki, məqsədimiz  şagirdləri ELMİ AXTARIŞLARA SÖVQ ETMƏKDİR…
Bu xanıma deyən lazımdır ki, rəhmətliyin nəvəsi, heç Akademiyanın sabiq  prezidenti Ramiz Mehdiyevin  Elmlər Akademiyası elmi kəşflərə imza ata bilmir, sən isə orta məktəb şagirdlərindən danışırsan…
Sözün qısası,  təhsil nazirləri gəlib-gedir, amma təhsilimiz də üzüaşağı  gedir… Növbəti sayımızda məktəblər və repititorlar yazısı olacaq. Bizi izləyin.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
(https://gundelik-baku.com/)



Xəbəri paylaş

1 0848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___