Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“ABC Telecom” şirkətə borcu olan qadının şəkillərini yaşadığı binanın divarlarına yapışdırıb…
Tarix: 26-02-2022 | Saat: 11:21
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər

“ABC Telecom”  şirkətə borcu olan qadının şəkillərini yaşadığı binanın divarlarına yapışdırıb…



“ABC Telekom”la  deputatın “Kontakt Home”  mağazalar şəbəkəsinin müştərilərə qurduğu  “tələ”…


Bir neçə il əvvəl  banklardan birinin müştərisi  redaksiyamıza müraciət etmişdi. 
Müştəri  deyirdi ki, bankdan  kredit götürmüşəm və neçə ildir ödəyirəm. Son bir neçə ayda ödəyə bilmədiyim üçün mənə zəng edib hədə-qorxu gəldilər. Və sonda şəkilimi yaşadığım binanın  divarlarına yapışdırıb məni  qonşuların yanında biabır, rüsvay  etdilər. 
Sözün düzü, həmin telefonla əlaqə  saxlayanda bəlli oldu ki, müştəriyə zəng edənlər kollektor şirkətinin “qoçuları”dır. 
Bir az da  araşdırma aparandan sonra bəlli oldu ki, ozamankı  nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Bakıda kollektor şirkəti yaradıb və problemli kreditləri  hədə-qorxu gəlməklə, “şəkil yapışdırmaqla”  həll edir və banklardan xidmət haqqı-faizlərini alır. 
Bəli, xaricdə problemli kreditləri həll etmək üçün kollektor şirkətləri var, ancaq onlar problemi sivil yolla həll edir, müştərinin şəkilini  divarlara yapışdırmaqla yox. 
Sözün qısası, belə  hal dünyanın  heç bir ölkəsində ola bilməz. 
Bu  rüsvayçılığı nə üçün yada saldıq. 
İnternet  üzərindən araşdırma zamanı bəlli oldu ki, ABC  Telecom şirkəti də  eyni qaydaları tətbiq edərək  müştəriləri  təhqir edir. 
Belə ki, Bakıda "ABC Telecom” şirkəti onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa edib.
Xanım borcu ödəyə bilmədiyi üçün şirkət onun şəkillərini  Səbail rayonu ərazisində müxtəlif  binalara yapışdırıb.
Sözün düzü, bunu oxuyanda lap dəhşətə gəldik. 
Şirkətin nə ixtiyarı var ki, kiminsə  həyat yoldaşının, kiminsə qızının, yaxud  anasının, bacısının şəkillərini divarlara yapışdırsın. 
Belə hal heç orta əsrlərdə ola bilmzədi ee…
Axı bizdə məhkəmə var, hüquq  var, qanun  var, filan var…amma..
Əmması odur ki, Azərbaycanda istehlakçıların hüquqları elementar səviyyədə qorunmur. 
Yəni istehlakçı-müştəri-istifadəçi ilə  istehsalçı-xidmətçi arasında müqavilə imzalanır və qarşılıqlı öhdəliklər götürülür. 
Loru dildə desək qaz satanla qaz istifadəçisi, elektrik enerjisi satanla vətəndaş,  su satanla  su istifadə edən, telefon  satanla  müştəri  arasında ciddi müqavilə imzalanır. 
İstifadəçi, yəni istehlakçı vaxtında istifadə etdiyi məhsulun pulunu ödəyir, qarşı tərəf isə vaxtlı-vaxtında  istehlakçını keyfiyyətli məhsulla təmin etməlidir.  
Bəs onda necə olur ki, işığın, suyun, qazın pulu bitən kimi qaz, işıq, su kəsilir, ən yaxşı halda istehsalçı istehlakçını məhkəməyə verib ödəniş tələb edir. 
Bəs onda niyə, külək əsəndə kəsilən internetə, qar yağanda kəsilən qaza görə istehlakçı qarşı tərəfi məhkəməyə verə bilmir?
Bəli, müştəri deyir ki, ABC Telekom-dan  pul verib mobil telefon aldım,  amma 1 aydır telefonumu düzəldən yoxdur. 
ABC  şirkəti  vətəndaşlara mobil telefon satır.  Bəzən müştəri təzə telefon ala bilmədiyi üçün  az istifadə olunmuş telefon alıb pulunu ödəyir. Az müddətdən sonra telefon  bağlanır-bloklanır. Müştəri günlərlə şirkətə gedib-gələndən sonra bəlli olur ki, kimsə həmin telefonu kreditə götürüb və pulu  ödəyə bilmədiyi üçün ABC-Telekoma satıb. Şirkət isə həmin telefonu müştəriyə satıb. Və kreditə görə telefon bağlanıb. 
Axı, bunun pulunu verib  telefon alan müştəriyə nə dəxli var ? 
Şirkət isə deyir ki, bu problemin bizə dəxli yoxdur. Belə müştərilər yüzlərlədir. Yəni ABC şirkəti bir neçə ay sonra bloklanacaq mobil telefonları bilərəkdən müştərilərə satır. Bu açıq-aşkar cinayət əməlidir. 
Bəli,  bu birbaşa cinayət əməlidir və belə hallar  deputat  Elnur  Allahverdiyevə  məxsus olan Kontak Home  mağazalar şəbəkəsi ilə birgə törədilir. 
Belə ki, Kontak Home mağazalar şəbəkəsinin satdığı telefonlar xarab olanda  ABC şirkəti  servis xidməti göstərir. Niyə, nə üçün və hansı məqsədlə ? 
Bunu tərəflər özləri bilir. 
Ancaq problem odur ki, Kontak Home-nin müştərisinin aldığı telefon xarab olanda müştəri iki şirkət arasında qalır, bilmir ki, hara üz tutsun. 
Digər çox ciddi qanun pozuntusu da var. 
ABC-nin  kreditlə satdığı telefonları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesabalama Mərkəzi  BLOK-laya bilir. Niyə ? 
Axı, nazirliyin Hesablama Mərkəzinin nə ixtiyarı var ki, mobil telefonu bloklasın ? 
Görəsən ABC-Telekom şirkətinin sahibi Azər Süleymanova bu səlahiyyəti  kim verib ki, vətəndaşların hüquqlarını pozsun. (həəə, Azər Süleymanov rəhmətlik Xəlilovun kürəkəni, Süleymanovun oğlu,  MTN-nin sabiq polkovniki və hazırki iqtidardan incik) Bu haqda böyük araşdırma yazımız olacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
(https://gundelik-baku.com/)


Xəbəri paylaş

5058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___