Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xədicə İsmayılın məhkəmə istintaqı başa çatıb
Tarix: 20-08-2015 | Saat: 14:16
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər

Xədicə İsmayılın məhkəmə istintaqı başa çatıb

Xeberaz.az xəbər verir ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Bakı Vergilər Departamentinin vergi müfəttişi İmran Nurməmmədov ifadə verib.

O, X. İsmayılovanın imzası olan hər hansı sənədin olmadığını, lakin onun büro rəhbəri kimi radioda olan qanun pozuntularına cavabdeh olduğunu deyib.
Bakı Vergilər Departamentinin digər vergi müfəttişi Elçin Əliyev də ifadəsində X. İsmayılovanın Xarici İşlər Nazirliyində xarici jurnalist kimi akkreditasiyadan keçməyərək fəaliyyət göstərdiyini, bununla da qanun pozuntusuna yol verdiyini bildirib.
E. Əliyev eyni zamanda radionun ofisində “Fəqrli düşüncə” jurnalının redaksiyasının fəaliyyət göstərdiyinin aşkarlandığın da qeyd edib. Müfəttiş X. İsmayılovanın bunu təkzib etdiyini, belə bir hal olmaması haqda ifadə verdiyini açıqlayıb.
X. İsmayılovanın vəkili Fariz Namazlı cinayət işi üzrə tərtib olunan aralıq aktının verilmiş ekspertiza rəyinin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib, buna yekunda qiymət veriləcəyi bildirilib.
Daha sonra məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub.
Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror məhkəmədən sabahadək vaxt istəyib.
Proses sabah davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Azadlıq Radiosu” və “Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.

Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.


Xəbəri paylaş

6598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___