Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təkcə bir qolunda 26 min dollar daşımaq hələ mədəniyyət demək deyil, Könül Nurullayeva... - Könül Nurullayeva siyasi xadimdir, yoxsa MODELYER..?
Tarix: 11-02-2022 | Saat: 12:11
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər


Təkcə bir qolunda 26 min dollar daşımaq hələ mədəniyyət demək deyil, Könül Nurullayeva... - Könül Nurullayeva siyasi xadimdir, yoxsa MODELYER..?


Təkcə  bir qolunda  26 min dollar  daşımaq hələ mədəniyyət demək deyil, Könül Nurullayeva...

Parlament  millətin elitasıdır, cənablar…

Belə davam eləsə, Milli Məclis təzədən buraxılacaq…


Dilimizdə, “Filankəs özünü  buraxıb...”  kimi deyim var. 
Bunu  nə üçün yada saldım ? 
Məlumdur ki, 2019-cu  ilin sonunda  Azərbaycan Respublikasının Milli Məclisi  özünü buraxdı. 
Bunu  belə əsaslandırdılar ki, idarəetmə strukturları kimi, Milli Məclisdə də müəyyən dəyişikliklər, təkmilləşdirmə aparılmalı, aparılan islahatlar çərçivəsində xalqdan növbəti etimad mandatı allnmalıdır. Bununla seçicilər aktual məsələlərə, yeni islahatlara dair fikirlərini bildirmək imkanı əldə etməlidirlər.
Yəni  ölkədə SİYASİ  MƏDƏNİYYƏTİN   və cəmiyyətdə vətəndaş məsuliyyətinin səviyyəsini artırmağa ehtiyac var idi. 
Bəs nəticə nə oldu ? 
Nəticə o oldu ki, Könül Nurullayeva kimilər parlamentdə təmsil olundu. 
Budur siyasi mədəniyyətin  yüksəldilməsi, cənablar ? 
Könül Nurullayeva  kasıb bir ailənin evinə daxil olur və pandemiya dövründə heç omasa, ayaqqabılarını çıxartmır..?
Görəsən, buna uşaq vaxtı başa salan olmayıb ki, ay bala, evə daxil olanda tuflilərini soyun, sonra evə daxil ol. 
Cənablar, siz  SİYASİ MƏDƏNİYYƏTDƏN danışırsınız, ayaqqabı soyunmaq adi mədəniyyət və davranış elementidir. 
Bu yoxdursa, hansı siyasi mədəniyyətdən danışmaq olar..?
Cənablar, sizin bəh-bəhlə  cəmiyyətə sırıdığınız Könül Nurullayeva Türkiyədəki çıxışında Ermənistandan Azərbaycana vurduğu ziyana görə, TƏZMİNAT tələb etməyin əleyhinə olub və dövlətimizin maraqlarına zərbə vurub. 
Könül Nurullayevadan soruşan olmadı ki, niyə ermənilər üçün göz yaşı tökürsən..? 
Düzdür, bu əməlinə görə, Könül xanıma töhmət verdilər. 
Budur, sizin dediyiniz, SİYASİ MƏDƏNİYYƏT..?
Təkcə  bir qolunda  26 min dollar  daşımaq (16 min dollar qızıl  qolbaq və 10 min dollar  qızıl saat) hələ mədəniyyət demək deyil, cənablar...
Biz kiminsə pulunu, geyimini, əlbisələrini dilə gətirəcək  səviyyədə deyilik. 
Amma sizlər siyasi mədəniyyətdən dəm vuranda bunları deməyə məcbur oluruq. 
Axı, parlament  cəmiyyətin  siyasi elitasıdır. 
Siyası xadim isə  modelyer  deyil, axı...
Könül Nurullayeva isə özünü  modelyer  kimi aparır. 
Deputatın aksesuarları arasında Tiffany & Co" brendinə məxsus dəyəri 16 min dollar olar qızıl qolbaq, dəyəri 10 min dollar olan qızıl saatı da var.  
Millət vəkili Könül Nurullayeva dəbdəbəli geyimləri  və aksesuarları ilə diqqət çəkir. 
Xanım deputat məşhur brendlərə məxsus geyimlərinə və aksesuarlarına minlərlə dollar xərcləməkdən çəkinmir.  
Könül Nurullayevanın qarderobunda  Fransanın "Balmain" (Pierre Balmain), Amerikanın "Tory Burch" ,"Elisabetta Franchi" ilə yanaşı "Gucci" "Chanel" kimi brendlərin məhsulları olduğu bildirilir. 
Həmin geyimlərin qiməti minlərlə dollara bərabərdir. 
Fransanın "Elisabetta Franchi" brendinə məxsus klassik blazer modellərin qiyməti 1500 dollar ilə 5000 dollar arasında dəyişir. 
"Gucci" firmasına məxsus qara dəri kəmərin qiyməti isə 1000 dolar və 1200 dollar dəyəri arasında dəyişir.  
Eləcə də  məşhur Tissot", "Cartier"  kimi saatları da mövcuddur. 
Bildirək ki, K.Nurullayevanın  qarderobundakı "Tory Burch" brendinə məxsus paltarın eynisini "Miss Polonia" 2012-nin qalibi, dünyaca məşhur model Paulina Krupinska da geyinib. 
İndi özünüz deyin, Könül Nurullayeva ictimai-siyasi xadimdir, yoxsa MODELYER..? 
Guya Allah qoymasa, bu keyfiyyətcə yeni  parlamentdir. Bunun harası yenidir ?
Deputatın biri öz mandatını GİROV qoyur, o biri deputat boz araqdan vurub polisi təpiyin altına salır…Könül Nurullayeva seçiciləri ilə görüşə çarşabda, çadrada  gedir, islami qaydalara ciddi riayət edir. 
Buna deyən lazımdır ki, ay Könül Nurullayeva, çarşab, çadra hara, modelyerlik hara..? 
Vallah, belə davam eləsə, deyəsən Milli Məclis  yenidən özünü buraxmalı olacaq…
P.S Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.
Mənbə;https://gundelik-baku.com/



Xəbəri paylaş

5248 dəfə oxunub.

Digər xəbərlər
16-03-2015, 15:55 AZAL-dan yeni sürpriz

bütün xəbərlər
____ Instagram ___