Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəstələr RDM rəhbərliyinin cəzalandırılmasını TƏLƏB EDİRLƏR... - NARAZILIQ!
Tarix: 28-01-2022 | Saat: 11:51
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt / Araşdırma / Aktual | çapa göndər


Neçə gündür ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RDM) və onun rəhbərliyindən şikayətləri təqdim etməkdəyik.



Qeyd edək ki, olduqca həssas qrupa aid olan bu xəstələrə dövlət qayğısı nəzərdə tutulsa da, keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin doğmaca bacısı olan Rəna Şirəliyevanın sayəsində sözügedən qrupa aid vətəndaşlarımız problemlə üz-üzə qalıblar ki, bu da onların həyatları üçün birbaşa təhlükədir.

"Müştərinin Səsi" sosial qrupunda narazılıq edən Bilal Məmmədov adlı istifadəçi yazır:


"Azərbaycanda bütün səhiyyə xidmətləri ödənişsizdir. Amma yalnız kağız üzərində. Tibbi sığortadan öncə qəbula düşmək üçün həkimə 10 manat verəndə çox sağol deyirdi. İndi isə həkim qəbulu 50 manatdan başlayır. Verməyəndə isə sən otağa buraxılmırsan. Bizdə belə məsələlər heçvaxt düzəlməyəcək. Göz görə görə hərc mərclik edirlər və buna heç kim mane ola bilmir".

Kifayət qədər şikayətlərin olduğu RDM rəhbərliyinə digər narazı qrup üzvləri konkret cəza tələb edirlər və gileylərini müvafiq dövlət qurumlarına çatdırırlar.


Mövzu diqqətimizdədir. İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...(DIA.AZ)





Xəbəri paylaş

4548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___