Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bütün doğum evləri niyə HİPP uşaq yeməyini REKLAM edir ? - Sabiq deputat Aslan Cəfərov uşaq qidalarından milyonlar qazanır…
Tarix: 25-01-2022 | Saat: 12:30
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma / Reportaj | çapa göndər




Sabiq deputatın atası Məmmədhüseyn kişi saytlardan HİPP-lə bağlı yazıları necə və neçəyə sildirir?


Ana südü ilə bağlı uzun-uzadı danışmaq istəmirik. 
Elmi-Tədqiqat Pediatriya İnstitutu konkret olaraq deyir ki, uşaq anadan olandan 30-40 dəqiqə sonra mütləq ona ana südü verilməlidir, bu süd bioloji peyvənddir və uşaq üçün həyati boyu  vacib məsələdir…
Amma doğum evləri uşaq doğulan kimi analara məsləhət bilir ki, uşaqlarınıza HİPP uşaq qidaları verin. 
Yəni bütün doğum evləri bu qidanı REKLAM edir. 
Qısa məlumat üçün bildirək ki, Azərbaycanda "Körpə Uşaqların Qidalanması haqqında Qanuna görə, 3-cü ölkədən ölkəyə uşaq qidasının idxalı qadağan olunur. Qida birbaşa istehsalçı ölkədən idxal olunmalıdır. Bunun isə incə bir səbəbi var. Müxtəlif ölkələrdə ayrı-ayrı elementlərin çatışmazlığı olur.
Yəni dövlətimiz uşaq qidalarının nə qədər vacib və zəruri olduğunu bildiyi üçün belə bir vacib QANUN qəbul edib. Amma..
Bu çox ciddi məsələdir. Yəni  hansısa ölkənin uşaqları üçün  norma olan qida ola bilər ki, bizim ölkədə yararsız olsun. 
Belə ki, Azərbaycanda qidanın tərkibində dəmir elementinin çatışmazlığı var. Bizim əhalinin 70%-dən çoxu dəmir elementinin çatışmazlığından əziyyət çəkir. 
Xaricdən uşaqlar üçün qida gətirəndə bu məsələ mütləq nəzərə alınmalıdır. 
Çünki zərərli qidalar uşaqların gələcək həyatı üçün çox təhlükəlidir. 
Ən dəhşətlisi odur ki, körpə dünyaya göz açan kimi uşaq yeməyi ilə qidalandırılır. Doğum evlərində uşaq yeməyi satan şirkətlərin əməkdaşları da bu işdə analara dırnaqarası kömək olurlar.
Çünki bu REKLAM işində  həkimlərin də əməlli-başlı xeyirləri var.
Hətta  məlumata görə, süni uşaq qidalarının satışı ilə məşğul olan firmalar hər süni qida qəbul edən körpəyə görə uşağın həkiminə  10 manat verirlər. 
Əslində beynəlxalq kodeksdə həkimlə dərman-qida satan şirkətlərin  əməkdaşlığına qadağa qoyulub. 
Bəs bütün bunlardan sonra görəsən, HİPP uşaq qidaları niyə bu qədər REKLAM edilir ? 
Bu şirkətin arxasında kim dayanır ? 
Son günlər ölkə mediasında yayılan xəbərlərdən bəlli olur ki, HİPP uşaq qidalarını ölkəyə sabiq deputat, biznesmen Aslan Cəfərov, daha doğrusu, ona məxsus olan “Diplomat-I” firması  idxal edir. 
Hətta son məlumata görə, Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi sabiq deputat, biznesmen Aslan Cəfərova məxsus uşaq qidaları idxal edən "Diplomat-I” Firmasını məhkəməyə verib.
Sən demə, uşaqlara  saxta qidaları verən firma  44 min manat vergidən  yayınıb. 
Hazırda işə Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxılır. 
Qısa  xatırlatma üçün  bildirək ki,  Aslan Cəfərov müxtəlif illərdə İqtisadi İnkişaf Nazirliyində və İstehsal Bazarına Nəzarət Dövlət Xidmətində işləyib. 
2008-2010-cu illərdə "Diplomat-I” firmasının kommersiya direktoru olan Cəfərov 77 saylı Astara seçki dairəsindən Milli Məclisin IV çağırış deputatı seçilib.
Qeyd edək ki, hazırda firmanın qanuni təmsilçisi sabiq deputatın atası Məmmədhüseyn Cəfərovdur. Firmanın ən məşhur brendi "Hipp” qidalarıdır.
P.S. Sabiq deputatın atası Məmmədhüseyn kişi  saytlardan HİPP-lə bağlı yazıları necə və neçəyə sildirir ? 
Bu barədə növbəti yazıda.(https://gundelik-baku.com/)








Xəbəri paylaş

4278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___